“X”in dəyəri 44 milyard dollaradək artıb

24-03-2025 / 13:00

X platforması investorlar arasında təxminən 1 milyard dollar toplamağa müvəffəq olub və bu maliyyələşdirmə razılaşması nəticəsində şirkətin dəyəri 32 milyard dollar olaraq qiymətləndirilir. Bu kapital artırma prosesində Mask özü də iştirak edib.

Xeberler.az bildirir ki, bu barədə "Bloomberg" məlumat verib.

Bildirilib ki, əvvəlki və indiki qiymətləndirmələr arasında fərqlər olsa da, X maliyyə baxımından ciddi bir dönüş yaşayır. Məsələn, Fidelity Investments keçən ilin sentyabrında "X"in dəyərinin 10 milyard dollardan aşağı olduğunu təxmin etmişdi.

Platformanın gəliri Mask-ın şəbəkəni alması ilə azalsa da 2024-cü ildə X platforması 1.2 milyard dollar düzəliş edilmiş qazanc (faiz, vergi, amortizasiya və devalvasiyadan əvvəl) açıqlayıb. Bu rəqəm Mask-ın rəhbərliyindən əvvəlki dövrə bənzəyir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə