Previous Next
Bağla

XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

05-09-2025 11:20
XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

İnformasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil – bu, milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimad məsələsidir. Rəqəmsallaşma dərinləşdikcə risklər də artır. Statistik göstəricilər göstərir ki, son beş ildə dünyada kiberhücumların sayı üç dəfədən çox artıb.

Xeberler.az məlumat verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov sentyabrın 5-də Bakıda keçirilən “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə toplantısı”nda çıxışı zamanı deyib.

“Qlobal statistikalara diqqət etsək, görərik ki, 2024-cü ilin yalnız ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40 faizdən çoxu kritik infrastruktur sistemlərinə qarşı olub. Bu tendensiya göstərir ki, hər bir zəiflik strateji riskə çevrilə bilər.

Ölkəmiz də bu qlobal proseslərin təsirindən kənarda deyil. Biz dövlət informasiya ehtiyatlarında təhlükəsizlik insidentlərinin səbəblərini təhlil edərkən görürük ki, əsas problemlərdən biri hələ də məlumatların sızmasıdır. Bu, yalnız texniki boşluqlardan deyil, həm də idarəetmə proseslərindəki zəifliklərdən qaynaqlanır. Təhlükəsizlik mədəniyyətinin hər bir dövlət qurumunda formalaşması, mütəmadi risk qiymətləndirmələrinin aparılması bu baxımdan həyati əhəmiyyət daşıyır.

Sevindirici haldır ki, artıq ölkəmizdə də beynəlxalq təcrübəyə uyğun olaraq ilk dəfə “Bug Bounty” (Baq Baunti) proqramı həyata keçirildi. Bu, dövlət qurumlarımızın açıq və əməkdaşlığa əsaslanan yanaşmaya keçid etdiyini göstərir. Belə təşəbbüs dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsidir. Çünki müasir dünya da kibertəhlükəsizlik yalnız qapalı sistemlərin müdafiəsi deyil, həm də ekspert icmaları ilə əməkdaşlıq deməkdir”, - deyə Allahverən İsmayılov əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Kibertəhlükəsizlik sosial və iqtisadi sabitlik üçün vacib elementidir

23-04-2025

İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

03-02-2026

Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısı keçirilir

21-02-2025

Ötən il dövlət qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı 857 bildiriş göndərilib

21-02-2025

“Bug bounty” proqramı uğurla başa çatıb

18-07-2025

Vətəndaşların informasiya təhlükəsizliyi səviyyəsi aşağıdır

02-02-2024

Azərbaycanda İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri yaradılacaq

21-02-2025

CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

11-10-2025

Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

07-02-2023

Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

07-02-2023

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

Bakıda “Kiberdə qadınlar” konfransı keçiriləcək

05-09-2025

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025

"İrandakı terror aktı ilə bağlı kiberhücumlara qarşı ciddi tədbirlər görülməlidir"

07-02-2023

Təlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı artıb

06-01-2026

Davud Rüstəmov: Kritik informasiya sistemlərində müasir arxitektura və topologiya formalaşdırılıb

26-11-2025

Bakıda keçirilən “kiber müharibə” yarışının qalibi müəyyənləşib

27-10-2023

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

08-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə