Previous Next
Bağla

Vətəndaşların informasiya təhlükəsizliyi səviyyəsi aşağıdır

02-02-2024 11:33
Vətəndaşların informasiya təhlükəsizliyi səviyyəsi aşağıdır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumları üçün informasiya təhlükəsizliyi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərini audit və monitorinq etməklə onların informasiya təhlükəsizliyinin vəziyyətini operativ olaraq qiymətləndirir. Bu istiqamətdə sahə üzrə məsul qurum olaraq əlimizdən gələn dəstəyi bütün dövlət qurumlarına göstəririk. Bizim dövlət informasiya ehtiyatlarını audit etməkdə də məqsədimiz hansısa qurumlarda informasiya təhlükəsizliyi nöqsanlarını tapıb həmin qurumlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarını şübhə altına almaq yox, birgə fəaliyyətlə çatışzmazlıqları aradan qaldırmaq və təhlükəsizliyimizin təminatı üçün birgə işlər görməkdir.

 Xeberler.az  xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini, general-mayor Allahverən İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantı”sında çıxışı zamanı deyib.

 A.İsmayılov qeyd edib ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiya dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl sektorda fəaliyyət göstərən informasiya infrastrukturunun, o cümlədən kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir.

 “Qeyd olunan strategiyada icraçı kimi müəyyən edilən qurumlar hər biri rəhbərlik səviyyəsində İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında təmsil olunduğundan növbəti iclaslarda strategiyanın həyata keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran məsələlərin müzakirələri keçirələcək və effektiv tədbirlər görüləcək. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində 26-27 oktyabr tarixlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “CİDC - 2023” tədbiri keçirilib. Ölkəmizdə ilk dəfə kibermüharibə yarışı, informasiya təhlükəsizliyi konfransı, kibertəhlükəsizlik həlləri sərgisi, ziyarətçilər üçün CTF yarışması və xüsusi təyinatlı təlimləri özündə birləşdirilərək “CIDC-2023” adıyla keçirilmiş bu tədbirdə 700-ə yaxın gənc iştirak edib. Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkilərin operativ idarə edilməsinin texniki təminatını həll etmək məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müvafiq əmri ilə XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, “Delta Telekom LTD”, “Ultel” MMC və RİSK şirkətlərinin nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb”, - deyə general-mayor vurğulayıb.

 Ölkəmizin sürətlə inkişaf etdiyini deyən Allahverən İsmayılov ölkəmizin etibarlı tərəfdaş kimi tanındığını bölgədə sabitləşdirici rol oynadığını bildirib: “Bununla yanaşı, cəmiyyətin və vətəndaşlarımızın ümumi baza informasiya təhlükəsizliyi səviyyəsinin aşağı olması narahatçılıq yaratmaqdadır. Bu hal təhlükəli olmaqla yanaşı, kiberrisklər və məlumat itkilərinə səbəb olur. Nəticədə bank kartı oğurluqları, saxta adlardan istifadə və sair bu kimi kiberinsidentlərin sayında ciddi artımlar müşahidə edilir.

Kiberhücum vektorlarının analizi hakerlərin əsas hədəflərindən birinin məhz son istifadəçilər olması qənaətinə gəlməyə imkan verir. Bu da sahə üzrə maarifləndirmə işlərinin genişləndirilməsinə ciddi ehtiyacın olduğunu göstərir. Belə ki, günümüzdə bir çox kiberhücumların, eləcə də adi gündəlik dələduzluq hallarının məhz insanları - son istifadəçiləri hədəf almasını görürük. Sistemlərə edilən kiberhücumlar hakerlərdən daha böyük enerji, bilik və resurs tələb etdiyindən istifadəçiləri hədəf almaq kütləvilik baxımından daha az maddiyyat tələb edir, mürəkkəblik baxımından isə hakerlər üçün daha asan başa gəlir. Bu baxımdan informasiya təhlükəsizliyinin təmini məqsədi ilə yeni nəsil texnologiyaların tətbiqi kifayət etmir.

Bu prosesdə ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, sahə üzrə potensialın gücləndirilməsi, institusional bazanın inkişaf etdirilməsi, normativ bazanın təkmilləşdirilməsi, ölkədaxili və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, düzgün mühafizə və müdafiə mexanizmlərinin qurulması qarşımızda duran əsas vəzifələrdəndir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlqar Musayev: "İT-nin rolunun artması təhlükəsizliyi məsələsini ön plana çıxarır"

24-10-2023

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

05-09-2025

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

Bakıda “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçiriləcək

14-07-2023

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

XRİTDX: 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14-07-2025

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024

Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb

07-02-2023

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

Dövlət Xidmətinin təşkil etdiyi təlimlər başa çatıb

23-02-2026

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

28-08-2023

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə