Yaponiya tərcüməçi eynək istehsal etdi

20-11-2009 / 10:33

Yaponiyanın NEC firması “Tele Scouter System” adlı bir cihaz yaradıb. Eynək şəklində olan “Tele Scouter System” birbaşa canlı danışıqları tərcümə etmək qabiliyyətinə malikdir.

Yaponiya uzun müddətdir ki bu cihaz üzərində işləyir. Başa taxılan və kiçik ekranı tamamilə insanın gözünün qarşısında olur. Bundan əlavə cihazın üzərində bir kamera və bir də mikrofon var.

 Tele Scouter System-in mikrofonu həmin an reallaşan danışığı yazaraq, biləyinizdəki kiçik bir kompüterə göndərir. Danışıq buradan kabelsiz əlaqə ilə ana kompüterə çatdırılır və burada əvvəlcə mətnə çevrilir, sonra isə tərcümə edilir. Tərcümə edilmiş mətn bundan sonra biləyinizdəki kompüterə geri göndərilir və oradan da gözünüzün önündəki mini ekranda meydana çıxır.

 Yaponların tərcüməçi eynəyi hazırda Yaponiyada satışdadır.xaricə nə zaman çıxarılacağı bəlli deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə