“AYNA” və Elektron Hökumət İnformasiya Sistemləri ilə bağlı əsasnamələrə dəyişiklik edilib

13-03-2026 / 20:04

Azərbaycan Respublikasının Prezidenti “AYNA” informasiya sistemi və Elektron Hökumət İnformasiya Sistemi haqqında əsasnamələrdə dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Xeberler.az bildirir ki, Fərman Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən və bir sıra qanunlara edilən dəyişikliklərin icrası məqsədilə qəbul olunub. Sənəd “Vergi Məcəlləsi”, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 2025-ci il 11 aprel tarixli qanunun icrası ilə əlaqədardır.

Fərmana əsasən, Prezidentin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamənin 5.2.3-cü yarımbəndinə dəyişiklik edilib. Belə ki, sənəddə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə olunub.

Eyni zamanda Prezidentin 2025-ci il 12 avqust tarixli 472 nömrəli fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”nin 4.1.3-cü və 4.3.10-cu yarımbəndlərinə də eyni dəyişiklik tətbiq edilib.

Dəyişikliyə əsasən, müvafiq informasiya sistemlərində hüquqi şəxslərin payları ilə yanaşı, onların benefisiar mülkiyyətçiləri barədə məlumatların da əks olunması nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə