“Startup School 4” layihəsinə onlayn qeydiyyat başladı

16-03-2026 / 15:28

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4” layihəsinə onlayn qeydiyyat başlayıb.

Xeberler.az bildirir ki, layihə bu dəfə “Beş qitə – 500 startap” (Five Continents – 500 Startups) şüarı ilə təşkil olunur. Təşəbbüs qlobal innovasiya ekosistemləri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlib və Afrika, Avropa, Asiya, Amerika və Avstraliya qitələrini əhatə edir.

Proqramın əsas məqsədi startapların beynəlxalq şəbəkələrə çıxış imkanlarını artırmaq, müxtəlif ekosistemlər arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, həmçinin onların qlobal bazarlara inteqrasiyasına dəstək verməkdir.

Layihə çərçivəsində startaplara təqdim olunacaq əsas üstünlüklərdən biri dünyanın aparıcı innovasiya ekosistemlərindən mentorların cəlb olunmasıdır. Eyni zamanda yerli və qlobal vençur fondlarının və investorların prosesə qoşulması, startapların investisiya hazırlığı üzrə dəstəklənməsi və beynəlxalq investor şəbəkəsi ilə əlaqələrinin qurulması nəzərdə tutulur.

“Startup School 4” proqramına müraciətlər 15 may 2026-cı il tarixinədək qəbul ediləcək. Qeydiyyat mərhələsindən sonra seçilmiş startaplar üçün qlobal ekosistemlərdən cəlb olunmuş mütəxəssislərin təqdimatında onlayn təlim və mentorluq proqramları keçiriləcək. Bununla yanaşı, startapların investorlara təqdimat və investisiya hazırlığı prosesinə dəstək göstəriləcək.

Proqram çərçivəsində beş qitədən müraciət edən startaplar arasında əməkdaşlıq imkanlarının yaradılması, müxtəlif innovasiya ekosistemlərinin müqayisəli təhlili və bu təhlil əsasında yeni biznes modelləri və inkişaf perspektivlərinin formalaşdırılması da planlaşdırılır.

Layihəyə ideya mərhələsində olan, MVP hazırlığında olan və ya artıq MVP-yə malik startaplar müraciət edə bilərlər.

Startapçılar proqramda iştirak üçün startupschool.az saytında yerləşdirilən qeydiyyat forması vasitəsilə müraciət edə bilərlər.

 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə