AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.
Xeberler.az bildirir ki, layihənin məqsədi müəllimlərin internetdən səmərəli və təhlükəsiz istifadə imkanlarını daha da gücləndirmək, rəqəmsal savadlılığın inkişafına dəstək olmaq və onlayn təhlükələrdən qorunma sahəsində məlumatlılığı artırmaqdır.
Layihə çərçivəsində növbəti təlimlər Şəki – Zaqatala, Lənkəran – Astara, Quba – Xaçmaz və Gəncə – Daşkəsən regional təhsil idarələrinin tabeliyində olan məktəblərdən 100-dən çox müəllim üçün onlayn şəkildə təşkil olunub.
“Aztelekom”un mütəxəssisləri tərəfindən keçirilən təlimlər fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edib.
Sessiyalar real vəziyyətlərə əsaslanan müzakirələr və praktiki yanaşmalar üzərində qurulan interaktiv formatda keçirilib. Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki, layihə bu günədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib. Eyni zamanda Gəncə – Daşkəsən, Lənkəran – Astara, Quba – Xaçmaz və Mərkəzi Aran regional təhsil idarələrinin tabeliyində olan məktəblərdən müəllimlər üçün də onlayn təlimlər təşkil olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları