Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026 / 11:42

Azərbaycanda təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 8 növ təhsil xidməti “myGov” (mobil və veb-portal) platformasına inteqrasiya edilib.

Xeberler.az məlumat verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, platforma vasitəsilə vətəndaşlar övladlarının cari ümumi təhsili haqqında məlumatlar, müvafiq təhsil göstəriciləri, cari ali və orta ixtisas təhsili haqqında məlumatlar, ümumi təhsil barədə məlumatlar, peşə təhsili sənədləri barədə məlumatlar, xaricdə təhsillə bağlı Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil, xarici diplomlar, diplom məlumatlarını əldə edə bilirlər: “Hazırda 3 elektron xidmət icra olunur. Bunlara ali və orta ixtisas təhsili pillələri üzrə təhsilalanların köçürülməsi, ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin elektron qeydiyyatı, eləcə də məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu daxildir. Bununla yanaşı, 40-dan çox informasiya sistemi və informasiya ehtiyatı MyGovID/SİMA-ya qoşulub. Bütün informasiya sistemləri və ehtiyatlar Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib”. (Azərtac)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə