Previous Next
Bağla

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

20-12-2024 17:16
AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda ilk dəfə olaraq dövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün kredit ayırıb.

Xeberler.az məlumat verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin iki yeni Data Mərkəzinin tikintisi üçün sərf olunacaq kreditin məbləği 43 milyon avro təşkil edib. Layihənin məqsədi dövlət şirkəti tərəfindən təqdim olunan “bulud” xidmətlərini daha da genişləndirmək və əlçatan etməkdir.

Dekabrın 20-də kredit sazişinin təsdiqlənməsi ilə bağlı “AzInTelecom” MMC-nin inzibati binasında imzalanma mərasimi keçirilib.

Layihə ilə bağlı AİB-nin vitse-prezidenti Teresa Çervinska Azərbaycanın dövlət sektoruna ilk kredit dəstəyini rəsmiləşdirməkdən məmnun olduqlarını bildirib:

“Məlumat əlçatanlığının təkmilləşdirilməsi və davamlı rəqəmsal transformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsas prioritetləri sırasındadır. İnnovasiya və şəffaflığa yönəlmiş bu sərmayə təkcə dövlət idarəçiliyinin müasirləşdirilməsinə deyil, həm də davamlı iqtisadi artıma və sosial tərəqqiyə töhfə verəcəkdir”.

Azərbaycan tərəfdən müqaviləni imzalayan “AzInTelecom” MMC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Elxan Əzizov bildirib ki, bu layihə ölkədə gedən rəqəmsal transformasiyaya mühüm təkan verəcək: “Bu layihənin reallaşması ilə istər kiçik, istər böyük qurumlar üçün bulud xidmətləri daha əlçatan olacaq. Təbii ki, bu da öz növbəsində Azərbaycanda rəqəmsal ekosistemin inkişafına birbaşa müsbət təsirini göstərəcək. Onu da qeyd edim ki, Abşeron və Hacıqabul rayonlarında tikilməsi
nəzərdə tutulan hər iki Data Mərkəzin inşası yaşıl texnologiyalar əsasında
aparılacaq”.

Qeyd edək ki, bu təşəbbüs Avropa İttifaqının Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planına (EIP), eləcə də “Global Gateway” strategiyasına uyğun olaraq həyata keçirilir. Eyni zamanda Avropa İttifaqının regionda dayanıqlı inkişafı və rəqəmsal transformasiyanı təşviq etmək öhdəliyini vurğulayır.

“AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə Data Mərkəzləri ilə bağlı beynəlxalq nüfuzlu “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda Bakı və Yevlax şəhərlərində yerləşən Data Mərkəzləri üzərindən dövlət və özəl sektorda 200-dən çox quruma “bulud” xidmətləri göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

20-11-2024

“Azintelecom”un yeni data mərkəzlərinə “Tier 3 Design” sertifikati verilib

01-08-2024

“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

06-02-2025

“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

27-12-2024

SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2025

“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

07-11-2025

Azərbaycanda iki yeni Data Mərkəz qurulacaq

06-02-2024

“AzInTelecom” ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb

05-04-2023

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-02-2025

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

25-02-2025

“AzInTelecom” IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə ölkədə rəqəmsal transformasiyanı sürətləndirir

13-04-2023

Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-03-2026

RİNN və AİB arasında anlaşma memorandumu imzalanıb

14-11-2024

“AzInTelecom” “AzInCloud” platformasını istifadəyə verib

29-11-2024

Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

28-01-2026

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-02-2026

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2026

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024

“AzInTelecom” MMC Türkiyənin “Bulutistan” şirkəti ilə memorandum imzalayıb

11-08-2022

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022

“Azərbaycan Sənaye Korporasiyası” ASC İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

09-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə