Previous Next
Bağla

Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək

02-04-2019 11:56
Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək

Müasir texnologiyalar vergi sistemində qurulan işin daha keyfiyyətli müstəvidə aparılmasına, o cümlədən sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulmasına xidmət edir.

Xeberler.az  bildirir ki, Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi ilə kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq. Bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların Vergilər Nazirliyinin informasiya bazasında avtomatlaşdırılmış rejimdə ötürülməsi və s. aiddir. Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.

Yeni nəsil kassa aparatlarının tətbiqi ilə yeniliklərdən biri kassa çeklərinə tələblərlə bağlıdır. Belə ki, kassa çeklərində olan məlumatlara bir sıra əlavələr edilib. Bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur. Bunlardan QR-kod istehlakçıların maraqlarına xidmət edən yenilikdir. Belə ki, mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara QR-kod reader mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb bu əlavə vasitəsilə onun düzgünlüyünü yoxlamaq olar. Bununla yanaşı yeni nəsil kassa aparatları üzrə məlumatların çatdırılması üçün yaradılacaq e-kassa.gov.az saytı vasitəsilə də çeki yoxlamaq mümkündür. Bunun üçün həmin saytdakı “Çekin yoxlanılması” bölməsinə müraciət etmək lazım olacaq.

Vətəndaşlar həmçinin “QR-kod reader”dən istifadə etməklə və ya e-kassa.gov.az saytındakı “Çekin yoxlanılması” bölməsinə çek məlumatlarını daxil etməklə kassa çekində yerləşdirilmiş QR-kodun sürətini çıxararaq çekin elektron nüsxəsini də əldə edə biləcəklər.

Qeyd edək ki, pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaqlar. Bu baxımdan bu vəsaitin əldə edilməsi üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir.

Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Belə ki, vətəndaşlar alış-veriş edərkən kassa çeklərini tələb etməlidirlər. Çünki kassa çekinin təqdim olunması alış-veriş zamanı keyfiyyətinin aşağı olduğu sonradan anlaşılan məhsulların yenisi ilə əvəz edilməsi və ya qaytarılması, bonuslardan istifadə və vətəndaşların hüquqlarının müdafiəsi baxımından vacib əhəmiyyət daşıyır. Bundan əlavə, çeklərin təqdim olunması dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Onlayn kassalar necə işləyəcək və onları haradan əldə etmək olar?

14-02-2019

Azərbaycanda yeni nəsil nəzarət kassa aparatları ilə dövriyyə 16 faiz artıb

09-10-2023

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 17 faiz artıb

14-07-2023

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 49 faiz artıb

15-11-2022

Ölkə ərazisində 92 mindən çox yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb

13-09-2023

Uşağlar üçün rəqəmsal kassa

09-12-2008

Yeni nəsil nəzarət kassa aparatlarının operatorlarının fəaliyyəti necə olacaq?

27-02-2019

Naxçıvanda 2 minə yaxın yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb

23-06-2023

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyənin həcmi açıqlandı

09-06-2023

Naxçıvanda 9 ayda 2 000-ə yaxın yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb

16-10-2023

Naxçıvanda 2 minə yaxın yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb

24-07-2023

Azərbaycanda yeni nəsil nəzarət kassa aparatları ilə dövriyyə 16 faiz artıb

12-09-2023

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

06-09-2018

Azərbaycanda bu il istehlakçılara 113 milyon manat ƏDV məbləği geri qaytarılıb

13-10-2023

Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq

16-11-2015

Azərbaycanda nəzarət-kassa aparatlarının tətbiqi 2023-cü ilə qədər başa çatdırılacaq

16-02-2019

Azərbaycanda elektron kassalara keçid üçün qaydalar hazırlanır

05-02-2019

Yeni nəsil kassa aparatlarının tətbiqi üçün standartlar hazırlanıb

03-04-2019

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

28-10-2024

Nazirlik ötən il 2 milyondan çox SMS göndərib

06-02-2018

Dövlət Vergi Xidmətindən "Caspel" şirkətinə 2,4 milyonluq sifariş

06-01-2023

2022-ci ilin sonunadək bütün kassalar e-kassalarla əvəzlənəcək

19-03-2021

Naxçıvanda 10 ayda istehlakçılara 652 min manat ƏDV məbləği geri qaytarılıb

21-11-2023

Növbəsiz və kassirsiz supermarket-Video

07-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə