Previous Next
Bağla

Yenilənmiş Hesab.az təqdim olunub

26-09-2018 14:47
Yenilənmiş Hesab.az təqdim olunub

Sentyabrın 25-də ölkənin ən böyük ödəmə portalı olan Hesab.az-ın yenilənmiş saytı və mobil tətbiqinin geniş ictimaiyyətə təqdimetmə mərasimi keçirilib.

Xeberler.az  bildirir ki, media nümayəndələrinin, tanınmış bloqerlərin iştirak etdiyi mərasimi giriş sözü ilə açan “GoldenPay” ASC-nin İdarə Heyətinin sədri Naina xanım Mehdiyeva 2011-ci ildə fəaliyyətə başlayan Hesab.az portalının ötən müddət ərzində keçdiyi inkişaf yolu, istifadəçilərin ixtiyarına verilən ödəniş növləri barədə qısa məlumat verdi. Əsas məqsədin insanların ödəniş vərdişlərinin dəyişdirilməsi və onların rahatlığına hesablanmış xidmətlərin tətbiq edilməsi olduğunu vurğulayan Naina xanım Hesab.az saytının və mobil tətbiqinin yenilənməsi zərurətindən söz açdı. Onun sözlərinə görə, bir neçə il əvvəl insanlar onlayn ödəniş etməyə tam inanmadıqları halda, bu gün artıq bu xidmətin daha funksional və həyatın ritminə uyğun şəkildə çalışmasını tələb edirlər. Məhz müştəri istəkləri və məmnunluğunun, eyni zamanda yenilikçi fikirlərin tətbiq edilməsinin əsas tutulması portalın yenilənməsini zəruri edib. Yeniliklərin bundan sonra da davam edəcəyini vurğulayan Naina Mehdiyeva dedi: “Bu gün Hesab.az portalına yüzdən çox şirkət inteqrasiya olunub və gələcəkdə onların sayının artacağı da şübhəsizdir. Yaxın illərdə həyata keçirməyi hədəflədiyimiz ən önəmli yeniliklər sırasında isə Hesab.az kartının buraxılması və ödənişlərin onunla edilməsi, bundan başqa banklardan kredit sifarişi, pul köçürmələrinin həyata keçirilməsi kimi xidmətlər yer alır.”

Ardınca çıxış edən İdarə Heyətinin üzvü Tuğba Uçar portalda istifadəçiləri gözləyən yeniliklər barədə məlumat verdi. Həm saytın, həm də tətbiqin görünüş və funksionallıq baxımından istifadəçilərin rahatlığını düşünərək yeniləndiyini çatdıran Tuğba xanım dedi: “İstifadəçilərin mobil nömrə və ya sosial şəbəkə hesabları ilə qeydiyyatdan keçmələri, istifadəçi profilinin yaradılması, profildə mövcud borcların göstərilməsi, yadda saxlanılan ödənişlərin sonralar avtomatik olaraq yerinə yetirilməsi kimi yeniliklər Hesab.az istifadəçilərinin ixtiyarına verilib.” Tuğba Uçar artıq bir neçə gündür istifadəyə verilən yenilənmiş tətbiqin insanlar tərəfindən müsbət qarşılandığını və sosial media vasitəsilə xoş fikirlərini çatdırdıqlarını bildirdi.

Hesab.az portalında istifadəyə verilən yeniliklərin əks olunduğu tanıtım videosu nümayiş olunduqdan sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırıldı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

15-07-2021

Hesab.az “ASAN Akademiya 2019” layihəsinə dəstəyə görə təltif olunub!

02-07-2019

Hesab.az bu yay istifadəçilərini həm yeniliklər, həm də qazandıran kampaniyalarla sevindirdi

17-09-2021

Hesab.az-da “Qazananlar Klubu”na qoşulun və qazananlardan olun

05-05-2020

Hesab.az mobil tətbiqi artıq daha yeni, rahat və funksionaldır!

24-08-2021

Əhali Hesab.az-la ən çox kreditlərinin ödənişini edib - Statistika

22-12-2015

Hesab.az: Məqsəd ehtiyacları bir portal üzərində cəmləşdirməkdir

23-05-2019

Hesab.az-da evdə oturaraq ödəniş etmək qazandırır

21-07-2020

Hesab.az mobil tətbiqi yeniləndi!  

25-08-2022

Hesab.az ilə gənclər üçün seminar

13-05-2019

Bank Respublika və Hesab.az fintex sahəsində bir ilkə imza atdılar

18-08-2021

Hesab.az onlayn ödəniş sahələrini  genişləndirir

15-04-2020

İnformasiya Texnologiyaları sahəsində ilin direktoru

10-12-2018

Hesab.az hər zaman sosial layihələrə dəstək olur

04-06-2019

Hesab.az platformasında növbəti hədiyyəli kampaniya başladı

14-11-2019

Hesab.az –dan qadınları sevindirən  kampaniyalar

13-03-2019

Hesab.az “Silahlı Qüvvələrə Yardım Fondu”-na ianə edib

04-11-2020

Hesab.az-da 2-QAT Novruz sevinci!

19-03-2022

Hesab.az "Silahlı Qüvvələrə dəstək" sosial layihəsinə başlayıb

10-10-2020

Hesab.az tam yenidən qurulur

17-10-2016

Hesab.az yenilənmiş loyallıq proqramını təqdim edir

22-12-2022

Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir

14-04-2021

Hesab.az yeniləndi

09-03-2016

Hesab.az-dan çoxdan gözlənilən yenilik

29-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə