Previous Next
Bağla

Hesab.az: Məqsəd ehtiyacları bir portal üzərində cəmləşdirməkdir

23-05-2019 09:10
Hesab.az: Məqsəd ehtiyacları bir portal üzərində cəmləşdirməkdir

Xeberler.az GoldenPay/Hesab.az-ın İdarə Heyətinin sədri Naina Mehdiyeva ilə müsahibəni təqdim edir:

-Hesab.az yaxın günlərdə ilk dəfə olaraq QR barkod ilə ödəniş etmək funksiyasını aktivləşdirdi. Hazırda QR barkod ilə Parking ödənişləri etmək mümkündür. QR barkod ilə ödənişə yeni xidmətlərin əlavə edilməsini düşünürsünüzmü?

- Ötən günlərdə biz artıq daha bir yeniliyimiz olan QR barkod ilə parkinq ödənişini istifadəçilərimizin istifdəsinə təqdim etdik. Bu il ərzində və növbəti illərdə QR kod ilə ödəmə üzrə istifadəçilərimizə yeniliklər təqdim etməyi planlaşdırırıq. Bununla bağlı müxtəlif xidmətlər üzrə danışıqlarımız davam edir. Biz də Hesab.az komandası olaraq bu yeniliyin istifadəçilərin həyatlarını daha da rahatlaşdıracağına ümid edirik.

-Siz bu yeniliyi tətbiq edən ilk onlayn ödəmə şirkəti olaraq istifadəçilərinizdən yeniliklərə qarşı hansı reaksiya ilə qarşılaşmısınız?

- Yeniliklərlə maraqlanan aktiv istifadəçi kütləmiz var. Həyata keçirdiyimiz kampaniyaları, yenilikləri diqqətlə izləyən və anında reaksiya verən istifadəçilərimiz öz fikirlərini bizə e-mail, telefon ilə əlaqə saxlayaraq çatdırırlar. Bu bizi çox sevindirir.

- 2018-ci ildə daha çox funksionallığı, xidmət növ ilə yenilənmiş Hesab.az  saytı və mobil tətbiqini istifadəyə verdiniz. 2019-cu ildə istifadəçiləri hansı yeniliklər gözləyir?

- Bu il məqsədimiz istifadəçilərimizə ödənişlərini asanlaşdırcaq yeniliklər təqdim etməklə yanaşı, eyni zamanda bir ekosistem təqdim etməkdir. Buna misal olaraq deyə bilərəm ki, bu il parkinq ödənişləri və icbari sığorta satışı təqdim etdik. Sığorta sahəsi üzrə seçimləri artıraraq  əmlak və səyahət sığorta satışını təqdim etməyi planlaşdırırıq. Eyni zamanda bu il bilet satışları, e-ticarət sahələri üzrə də planlaşdırdığımız yeniliklər var. Məqsədimiz istifadəçilərin mümkün qədər ehtiyaclarını tək bir portal üzərində  cəmləşdirməkdir. Bu yöndə planlarımız davam edir.

- Hesab.az – ın gələcəkdə bank kimi fəaliyyətini davam etdirəcəyi deyilir. Bu xəbərlə bağlı nə deyə bilərsiniz. Gələcəkdə belə fəaliyyətinizi bu istiqamətə doğru həyata keçirməyi planlaşdırırsınızmı?

- Mövcud istifadəçi kütləmizə əlbətdə yeni xidmətlər təqdim etməyi planlaşırır və hədəfləyirik. Ayrıca məqsədimiz sadəcə onlayn ödəmə sistemi olaraq qalmaq deyil, xidmət dəyərimizi və üstünlüklərimizi fərqli sahələr üzrə artırmaqdır. Hazırda bank kimi fəaliyyət göstərmək kimi bir planımız yoxdur. Amma növbəti dövrlərdə bu sahə üzrə fürsətləri dəyərləndirmək istəyərik.

-Onlayn ödəniş sistemləri arasında lidersiniz. Sizcə rəqabətin kəskin olduğu bu dövrdə hansı amillər sayəsində rəqiblərinizdən fərqlənirsiniz?

- Qeyd etdiyiniz kimi rəqabətin yüksək olduğu bir dövrdəyik və həm rəqiblərimizi, həm də dünyadakı yenilikləri yaxından izləyirik. Bu yenilikləri izlərkən məqsədimiz istifadəçilərə ən uyğun və optimal seçim təqdim etməkdir. Xüsusi olaraq müştəri mənuniyyətinin təmin olunması, müştəri şikayətlərinin və şərhlərini  operativ şəkildə cavablandırılması, fikirlərin dəyərləndirilməsini təmin edilməsi ilə yanaşı sürətli, güvənilən xidmət göstərmək bizi öz sahəmiz üzrə lider edir.

-Şirkət strategiyanızın mərkəzində nə dayanır?

-Şirkət strategiyamızın mərkəzində işçi və müştəri məmnuniyyəti yer almaqdadır. Biz, "GoldenPay" şirkəti olaraq müştəri məmnuniyyətinin təməlində öncəlikli olaraq işçilərin məmnuniyyətinin dayandığını bilirik. İdarə heyəti olaraq həmişə işçilərimizin ehtiyaclarını ön planda tutaraq onlara daha şəffaf şəkildə davranmağa səy göstəririk. Təbiiki bu şəffaf, yenilikçi münasibəti istifadəçilərimizə təqdim etdiyimiz xidmətlərə yansıdırıq və bu strategiyamızın təməlini təşkil edir.

-Sizin üçün müştəri məmnuniyyəti nədir?

-Məlum olduğu kimi, Amazon, Google, Facebook kimi  böyük, qlobal miqyaslı şirkətlərin hamısı strategiyalarını məhsuldan müştəriyə deyil, birbaşa müştəriyə yönümlü planlama həyata keçirirlər. Bu şirkətlərin hamısında bütün proseslər, məhsulların dizaynı, kampaniyalar müştəri məmnuniyyətinə yölümlü olaraq hazırlanır. GoldenPay olaraq biz də, bu məqama həmişə diqqət etmişik və müştəri məmnuniyyətini hər zaman öndə tutmuşuq. Çünki bilirik ki, rəqabətin  yüksək olduğu bir zamanda müştərilərin seçdiyi bir şirkət olmadıqda ən yaxşı məhsulu belə təklif etsəniz bunun bir önəmi olmur.

Bildiyimiz qədəriylə Hesab.az istifadəçilərin sayı gündən günə artır. Buna necə nail olmusunuz?

- Bəli, Hesab.az istifadəçilərinin  sayında ciddi artım qeydə alınmışdır. Hazırda 440 min qeydiyyatlı istifadəçimiz var. Keçən il həm saytımızın, həm də mobil tətbiqimizin yenilənməsindən sonra 100 min yeni qeydiyyatlı istifadəçi Hesab.az istifadəçiləri sırasına qoşuldu. Bu nəticə hətta biz gözləiyimizdən belə yüksək nəticə oldu. Bunun səbəbinin müştəri məmnuniyyəti, şikayət və müraciətlərin operativ cavablandırılması, şirkət olaraq göstərdiyimiz şəffaf fəaliyyət olduğunu hesab edirəm. Bütün təqdim etdiyimiz xidmətlərin arxasında çox güclü komanda dayanır. GoldenPay ailəsi olaraq keyfiyyətli xidmət göstərmək üçün dayanmadan çalışır və bunun üçün əlimizdən gələni edirik.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hesab.az tezliklə istifadəçilərini sevindirəcək

Hesab.az tezliklə istifadəçilərini sevindirəcək

17-06-2019
Hesab.az-dan çoxdan gözlənilən yenilik

Hesab.az-dan çoxdan gözlənilən yenilik

29-04-2019
Hesab.az-da “Qazananlar Klubu”na qoşulun və qazananlardan olun

Hesab.az-da “Qazananlar Klubu”na qoşulun və qazananlardan olun

05-05-2020
Mağaza ödənişləri Hesab.az-da

Mağaza ödənişləri Hesab.az-da

07-09-2020
Hesab.az yay mövsümünü uğurla başa vurub

Hesab.az yay mövsümünü uğurla başa vurub

09-09-2019
Hesab.az istifadəçilərinə yeni üstünlüklər təqdim edir

Hesab.az istifadəçilərinə yeni üstünlüklər təqdim edir

03-07-2020
“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

15-07-2021
Hesab.az-da evdə oturaraq ödəniş etmək qazandırır

Hesab.az-da evdə oturaraq ödəniş etmək qazandırır

21-07-2020
Yenilənmiş Hesab.az təqdim olunub

Yenilənmiş Hesab.az təqdim olunub

26-09-2018
Hesab.az hər zaman sosial layihələrə dəstək olur

Hesab.az hər zaman sosial layihələrə dəstək olur

04-06-2019
Hesab.az hər zaman qazanan olmağı vəd edir

Hesab.az hər zaman qazanan olmağı vəd edir

15-04-2019
Hesab.az mobil tətbiqi artıq daha yeni, rahat və funksionaldır!

Hesab.az mobil tətbiqi artıq daha yeni, rahat və funksionaldır!

24-08-2021
Hesab.az-ın təkmilləşdirilməsi maliyyə nəticələrinə müsbət təsir göstərir

Hesab.az-ın təkmilləşdirilməsi maliyyə nəticələrinə müsbət təsir göstərir

20-09-2019
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir

Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir

14-04-2021
Hesab.az onlayn ödəniş sahələrini  genişləndirir

Hesab.az onlayn ödəniş sahələrini  genişləndirir

15-04-2020
Hesab.az QR kod ilə ödənişi genişləndirir!

Hesab.az QR kod ilə ödənişi genişləndirir!

18-07-2019
Hesab.az-ın 2020-2021 illərdə fəaliyyət strategiyası

Hesab.az-ın 2020-2021 illərdə fəaliyyət strategiyası

21-01-2021
Hesab.az-dan Visa Kart sahiblərini sevindirən kampaniya

Hesab.az-dan Visa Kart sahiblərini sevindirən kampaniya

01-04-2020
Hesab.az-da Xalq Bank kartı ilə ödənişlər qazandırır

Hesab.az-da Xalq Bank kartı ilə ödənişlər qazandırır

27-12-2019
Hesab.az Ramazan kampaniyası keçirir

Hesab.az Ramazan kampaniyası keçirir

07-05-2019
"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

15-07-2023
Hesab.az Bakcell ilə birgə yeni kampaniyaya start verib

Hesab.az Bakcell ilə birgə yeni kampaniyaya start verib

18-01-2019
Hesab.az ailəsinin 11 yaşı tamam oldu!

Hesab.az ailəsinin 11 yaşı tamam oldu!

14-04-2022
Hesab.az və Visa-dan Yeni il kampaniyası

Hesab.az və Visa-dan Yeni il kampaniyası

22-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə