Previous Next
Bağla

“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

15-08-2025 16:26
“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

Ölkənin rəqəmsal hökumət platforması olan “mygov”da qeydiyyatdan keçmiş istifadəçilərin sayı 1.5 milyonu ötüb. 2025-ci ilin ilk yeddi ayı ərzində platformada həm veb, həm də mobil tətbiq vasitəsilə qeydiyyatdan keçənlərin və rəqəmsal xidmətlər və sənədlərdən istifadə edənlərin sayında dinamik artım müşahidə olunub.

Xeberler.az məlumat verir ki, cari ildə platformada yeni qeydiyyatdan keçənlərin sayı ötən ilin sonu ilə müqayisədə 61 faiz, aktiv istifadəçilərin sayı isə 34 faiz artıb. İlin ilk yarısında ümumilikdə 490 minə yaxın yeni istifadəçi qeydiyyatdan keçib, iyul ayında isə bu rəqəm 107,4 min nəfərə çatıb. “Mygov”da aktiv istifadəçilərin sayı 554 min nəfərə yüksələrək əvvəlki dövrlərlə müqayisədə rekord göstərici olub.

Hazırda “mygov” tətbiqindən məhkumluq haqqında arayış, ailə tərkibi və ailə vəziyyəti haqqında arayış məlumatları, təhsil məlumatları, hərbi xidmətlə bağlı məlumatlar, etibarnamələrin verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc məlumatlarının təqdim olunması, səhiyyə istiqamətində peyvənd, elektron resept, tibbi göndərişlər, laborator analiz nəticələri, sağlamlıq haqqında arayış, bank kartları ilə ödəniş imkanı və bu kimi digər xidmət və məlumlatlardan faydalanmaq mümkündür.

Eyni zamanda, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyat hadisələri üzrə bir sıra digər xidmətlər – nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə edilməsi platforma vasitəsilə vətəndaşlar üçün daha rahat və əlçatan olub.

Bununla yanaşı, “mygov ID” funksionallığı da rəqəmsal xidmətlərin istifadəsində artıma əhəmiyyətli töhfə verib. “mygov ID” istifadəçilərə QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə təhlükəsiz və rahat giriş imkanı təmin edir. Bundan əlavə, şəxsi məlumatların yenilənməsi, parolun dəyişdirilməsi, çoxfaktorlu autentifikasiya, giriş açarları (passkey) və məlumat paylaşım icazələrinin idarə olunması kimi geniş imkanlar təqdim edir.

Hazırda platforma üzərindən 386 xidmət rəqəmsal formada təqdim olunur. Ən çox istifadə olunan xidmətlər sırasında əsasən arayışların əldə olunması, kommunal və dövlət xidmətlərinə qeydiyyat və rəqəmsal sənədlərin istifadəsi yer alır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəticəsində platformadakı xidmətlərə “mygov” üzərindən müraciətlərin sayı cari ilin ilk 7 ayında 2024-cü ilin sonu ilə müqayisədə 5 dəfədən çox artıb.

Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, kağız daşıyıcılardan istifadənin azaldılması, kağızsız hökumətə keçidin sürətləndirilməsi və rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm addımlar atılıb. Belə ki, 27 sənədin “mygov” platforması üzərindən rəqəmsal formada təqdim olunması və fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malik olması rəsmi olaraq təsdiqlənib və qanun qüvvəyə minib. Bu dəyişikliklər nəticəsində ötən illə müqayisədə platforma üzərindən təqdim olunan rəqəmsal sənəd və məlumatların sayı və çeşidi əhəmiyyətli dərəcədə artıb, vətəndaşların gündəlik ehtiyaclarına uyğun yeni sənəd növləri əlavə olunub. Hazırda “mygov”a inteqrasiya olunan rəqəmsal sənəd və məlumatların sayı 67-yə çatdırılıb. Bu sənədlər vətəndaşlara fiziki daşıyıcılara ehtiyac olmadan “mygov” vasitəsilə rəqəmsal şəkildə təqdim edilir. Nəticədə cari ilin ilk 7 ayı ərzində “mygov” platforması üzərindən istifadə olunan rəqəmsal sənəd sayı ötən ilin sonu ilə müqayisədə 31 faiz artaraq 1.33 milyona çatmışdır.

Son dövrlərdə “mygov” mobil tətbiqi ölkə üzrə ən çox yüklənən tətbiqlər arasında ilk sıralarda yer alıb, “iOS” platformasında birinci yerdə, “məhsuldarlıq” kateqoriyasında isə digər populyar tətbiqləri geridə qoyaraq hər iki platforma üzrə (“iOS” və “Android”) lider mövqeyə yüksəlib. Platformanın yenilənməsindən hələ bir il keçməsinə baxmayaraq, qeydiyyatdan keçmiş istifadəçilərin sayının artıq 1.5 milyonu keçməsi bu sahədə əldə olunan irəliləyişin, vətəndaşların rəqəmsal xidmətlərə artan tələbatının və “mygov” platformasına olan güclü etimadın bariz göstəricisidir.

Platformanın imkanlarının genişləndirilməsi və istifadə rahatlığının artırılması fonunda bu artım dinamikasının növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24-11-2025

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026

“mygov” istifadəçilərin sayı 2,5 milyona çatıb

12-03-2026

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

"mygov"un 2 milyonuncu istifadəçisi təltif edilib

27-11-2025

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024

Fərid Osmanov: "MyGovID" bütün əsas sistemlərə inteqrasiya edilib"

02-02-2026

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026

Valideynlər övladlarının laborator analiz nəticələrinə "mygov"da baxa biləcəklər

07-01-2026

İnarə Vəliyeva: Hazırda 600 min istifadəçi “Mygov”dan istifadə edir

11-10-2024

"Mygov Checker" tətbiqi yaradılıb

11-03-2024

Mərkəzi Banka "myGov" üzərindən müraciət etmək imkanı yaradılıb

17-04-2025

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə