Previous Next
Bağla

Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

22-08-2025 20:56
Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

“mygov” platformasında vətəndaşların dövlət xidmətlərinə çıxışını daha da sadələşdirmək məqsədilə yeni xidmət istifadəyə verilib.

Xeberler.az məlumat verir ki, “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidməti artıq “mygov” platforması vasitəsilə mümkün olacaq. Bu xidmət vasitəsilə işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobili ilə səfər etmək istəyən Azərbaycan vətəndaşları icazə prosesini rahat və sürətli şəkildə həyata keçirə biləcəklər.

Əvvəllər bu icazələr yalnız “Yolumuz Qarabağa” portalı üzərindən verilsə də, indi bu xidmət “mygov” platformasına da inteqrasiya olunub. İstifadəçilər platformada “Nəqliyyat” kateqoriyasından “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidmətini seçərək, təyinat nöqtəsini və səfər tarixini müəyyənləşdirir, avtomobil və sərnişin məlumatlarını daxil edir. Bu mərhələdə müraciət edən şəxsin FİN kodu üzrə adına qeydiyyatda avtomobil varsa, məlumatlar avtomatik olaraq ekranda görünür. Əgər yoxdursa, vətəndaş özü məlumatları əlavə edir. İstifadəçi bütün məlumatları əlavə etdikdən sonra birdəfəlik şifrə (OTP) ilə müraciətini təsdiqləyir. Vətəndaş aldığı icazəyə dair məlumatları “Tarixçə” bölməsindən izləyə və lazım gəldikdə icazəni ləğv edə bilər.

Qeyd edək ki, səfər zamanı sürücü də daxil olmaqla 9 sərnişin iştirak edə bilər. Bununla yanaşı, dövlət qeydiyyat nişanlı fərdi minik avtomobilinin əlavə olunması tələb olunur.

Bu və digər inteqrasiyalar vətəndaşların zəruri dövlət xidmətlərini “mygov” platforması vasitəsilə vahid şəkildə əldə etməsinə imkan yaradır, nəticədə isə rəqəmsal xidmətlərdən istifadə daha rahat və mərkəzləşdirilmiş olur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qarabağa fərdi avtomobillərlə səfərlər istiqamətləri genişləndirilir

14-05-2025

İşğaldan azad edilmiş ərazilərə səfər üçün icazə prosedurları sadələşdirilir

08-07-2025

Xarici ölkə vətəndaşları işğaldan azad olunmuş ərazilərə səfər edə biləcəklər

21-07-2025

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025

Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

01-08-2025

Qarabağa səfər edənlərə avtomatik icazələrin verilməsinə başlanılıb

06-08-2025

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24-11-2025

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024

Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

19-04-2022

Əmək müqavilələrini "mygov" ilə imzalamaq mümkün olub

08-10-2025

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

“mygov”da məlumat sorğuları barədə bildirişlər göndərilməyə başlanılıb

18-11-2025

“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

24-06-2025

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə