Previous Next
Bağla

"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24-11-2025 12:56
"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

Ölkənin əsas rəqəmsal hökumət platforması olan "mygov"da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb. 2025-ci il ərzində həm veb, həm də mobil tətbiq üzərindən platformaya qoşulan vətəndaşların sayında əhəmiyyətli artım müşahidə olunub.

Cari ildə platformadan 1 milyondan çox vətəndaş qeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən, davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdən yararlanan aktiv istifadəçilərin sayı 800 min nəfərdir.

Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət mövcuddur.

Cari il ərzində ən çox istifadə olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi məlumatları, iş yeri məlumatları, ailə tərkibi, sürücülük vəsiqəsi məlumatları və nikah haqqında məlumatlar yer alıb. Bu istiqamətdə istifadənin əsasını QR paylaşımı və sənəd yükləmə funksiyaları təşkil edib. Hazırda platformada 69 rəqəmsal sənəd və məlumat təqdim olunur. 2025-ci ildə vətəndaşlar tərəfindən bu rəqəmsal məlumatlardan istifadə sayı keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq təxminən 2,2 milyon təşkil edib.

Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər arasında məhkumluq haqqında arayış, mobil cihazların qeydiyyatı, ailə üzvləri haqqında arayış, subaylıq haqqında arayış və nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə xidmətləri üstünlük təşkil edir. Platformada 37 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Cari ildə bu xidmətlərə müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 mindən çox olub.

"mygov" platformasında istifadəçi sayının artmasına bir neçə əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda "mygov ID" funksiyası xüsusi rol oynayıb. Bu funksiya vətəndaşlara QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli giriş imkanı yaradır. Bundan əlavə, "İcazələrin idarə edilməsi" funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı verərək platformanı daha da istifadəçi yönümlü, təhlükəsiz və rahat edib. Eyni zamanda yeni istifadəyə verilmiş dövlət qurumlarına məktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsal xidmət təcrübəsini daha yüksək səviyyəyə çatdırıb.

Hazırda "mygov" tətbiqi vasitəsilə vətəndaşlar məhkumluq haqqında arayış, ailə tərkibi və ailə vəziyyəti, təhsil və hərbi xidmət məlumatları, etibarnamələrin verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc və səhiyyə məlumatları, iş yerindən arayış, əmək müqavilələrinin imzalanması, işğaldan azad edilmiş ərazilərə səfər üçün icazələr, bank kartları ilə ödəniş imkanları və digər rəqəmsal xidmətlərdən faydalana bilirlər. Eyni zamanda, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən həyat hadisələri üzrə xidmətlər – nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə olunması platforma vasitəsilə vətəndaşlar üçün daha rahat və əlçatan olub.

Platformanın imkanlarının genişləndirilməsi və istifadə rahatlığının artırılması fonunda bu artım dinamikasının növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

15-08-2025

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

"mygov"un 2 milyonuncu istifadəçisi təltif edilib

27-11-2025

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

05-09-2024

Fərid Osmanov: "MyGovID" bütün əsas sistemlərə inteqrasiya edilib"

02-02-2026

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024

"Mygov Checker" tətbiqi yaradılıb

11-03-2024

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

22-08-2025

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

05-05-2026

Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

18-07-2024

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə