Previous Next
Bağla

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025 20:30
Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara daha geniş məlumat və sənədlərə çıxış imkanı yaratmaq üçün yeniliklər təqdim edir. Artıq istifadəçilər “Məlumatlarım” bölməsində aşağıda qeyd olunan yeni rəqəmsal məlumat və sənədləri əldə edə bilərlər. Yeniliklərə daha operativ çıxışı təmin etmək üçün “Yeni” işarələmə funksionallığı da tətbiq edilib. Əlavə edilən yeni məlumat və sənədlər:

Peyvənd Məlumatları:

Vətəndaşların peyvənd məlumatları “mygov” platformasına inteqrasiya edilib. Əvvəllər peyvənd tarixçəsini tibbi məntəqələrdən əldə etmək tələb olunurdusa, indi isə bu məlumatlar “mygov”da mövcuddur. Vətəndaşlar öz peyvənd məlumatlarını buradan gözdən keçirə, PDF formatında yükləyə, həmçinin QR kod və ya sənəd nömrəsi ilə digər qurumlarla paylaşa bilərlər.

Nikah Üçün Tibbi Müayinə Nəticələri:

Nikah üçün tibbi analizlərdən keçən vətəndaşlar nəticələrini artıq “mygov” üzərindən əldə edə bilərlər. Əvvəllər bu məlumatları yalnız müvafiq tibbi məntəqələrdən əldə etmək mümkün idisə, indi bu proses tam rəqəmsallaşdırılıb.

Sosial Müavinət Məlumatları:

Dövlət tərəfindən təyin olunan sosial müavinətlərin tam siyahısı və vətəndaşlara aid fərdi məlumatlar “mygov” üzərindən təqdim edilir. Vətəndaşlar bu bölmədə öz müavinətləri barədə cari və etibarlı məlumatları əldə edə bilərlər.

Daşınmaz Əmlak Məlumatları:

Daşınmaz əmlak çıxarışı, texniki pasport və qiymətləndirmə arayışı vətəndaşlara artıq rəqəmsal formada təqdim edilir. Qeyd olunan hər üç sənədin alınması üçün vətəndaşın əmlakına dair heç bir borcu olmamalıdır. Əks təqdirdə, bu sənədləri əldə etmək mümkün olmayacaq. Bundan əlavə, 28 yanvar 2025-ci il tarixində qüvvəyə minmiş qanun dəyişikliklərinə əsasən, daşınmaz əmlak çıxarışı artıq fiziki nüsxə ilə bərabər hüquqi qüvvəyə malikdir və “mygov” üzərindən təqdim edilməsi kifayət edir. Qeyd edək ki, hazırda “mygov” rəqəmsal hökumət platforması vətəndaşlara 40-dan çox müxtəlif rəqəmsal sənəd və məlumat təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026
Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025
Valideynlər övladlarının laborator analiz nəticələrinə "mygov"da baxa biləcəklər

Valideynlər övladlarının laborator analiz nəticələrinə "mygov"da baxa biləcəklər

07-01-2026
Vətəndaşların xəstəlik tarixçəsi “mygov”a daxil edilib

Vətəndaşların xəstəlik tarixçəsi “mygov”a daxil edilib

11-08-2025
“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024
“mygov”a hərbi xidmətlə bağlı yeni funksiyalar əlavə olunub

“mygov”a hərbi xidmətlə bağlı yeni funksiyalar əlavə olunub

20-08-2025
Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026
Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024
Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025
“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025
Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024
“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025
COVID-19 sertifikatları artıq “myGov”da

COVID-19 sertifikatları artıq “myGov”da

13-07-2021
"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025
Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025
Laborator analiz nəticələrini “mygov”dan öyrənmək mümkündür

Laborator analiz nəticələrini “mygov”dan öyrənmək mümkündür

04-12-2024
Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

05-09-2024
Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025
Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

28-01-2025
mygov platformasına yeni funksionallıq əlavə edilib

mygov platformasına yeni funksionallıq əlavə edilib

08-05-2025
“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

15-08-2025
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026
“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025
Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə