“Youtube” Britaniyada televiziyanı geridə qoyur

30-07-2025 / 17:57

Böyük Britaniyada “Youtube” platforması artıq BBC-dən sonra ölkənin ikinci ən çox izlənilən media xidməti olub.

Xeberler.az məlumat verir ki, bu barədə ölkənin media tənzimləyicisi “Ofcom”un illik hesabatında bildirilir.

Araşdırmaya görə, gənc tamaşaçıların beşdəbiri televizoru yandıran kimi ilk olaraq “Youtube” platformasına daxil olur. Alfa nəsli, yəni 4-15 yaşlı uşaqlar smart televizorlarında əsasən “Youtube” izləyir. Maraqlıdır ki, 55 yaşdan yuxarı insanlar da bu platformaya daha çox üz tutur. Onların “Youtube”da keçirdikləri vaxt son iki ildə iki dəfə artıb.

“Ofcom”un strateji və tədqiqatlar üzrə müvəqqəti direktoru Ed Leyton bildirib ki, ənənəvi televiziya gənc nəsil üçün getdikcə yad bir anlayışa çevrilir. (Azərtac)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə