Youtube-dan ən çox pul qazanan şəxs kimdir? - Video

07-07-2015 / 11:16

Youtube sosial şəbəkəsindən bəzi video bloqerlər il ərzində videolarında yerləşdirdiyi Google reklamları ilə pul qazanırlar. Bu xidmət təəssüf olsun Azərbaycan üçün hələ də aktiv deyil. 2014-ün ən çox qazanan Youtube istifadəçisi isə "PewDiePie" adlı istifadəçi olub.

Xeberler.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Youtube-un illik hesabatında qeyd olunub. Bu istifadəçinin əsl adı Felix Kjellbergdir. Felix əslən İsveçlidir və 24 yaşı var.

Onun Youtube-dan 2014-cü ildəki gəliri 7 milyon dollardır. Youtube-da 37 milyon izləyicisi olan bu kanalda Felix yalnız gündəlik yeni çıxan oyunları sınaqdan keçirir və bunu öz kanalında paylaşır. İnsanlara maraqlı gələn isə onun oyun oynayan zaman verdiyi reaksiyalardır.

Bu yaxınlarda Felixin öz yazdığı kitabı satışa çıxaracağı gözlənilir. Kitab hələ satışa çıxmasa da, artıq bir neçə yüz min insan həmin kitabı sifariş edib.

Felixin oyun videolarından birini oxucularımıza təqdim edirik.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.