YouTube-da ən çox qazanan 10 kanal

16-10-2015 / 17:40

Forbes-in "ən çox qazananlar" siyahısına bu il yenisi  əlavə olundu.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, ilk dəfə dünya tərəfindən məşhur YouTuber-ləri nəzarət altına alan Forbes, 2015-ci ilin ən çox qazanan 10 YouTube kanalının siyahısını tərtib etdi. Qeyd edək ki, kanallar siyahıda  gəlirlərinə görə sıralanıb.

Tam adı Flex Arvid Ulf Kjellberg olan, ancaq PewDiePie olaraq tanınan YouTube-un ortalama 40 milyon izləyicisi var. Kanal illik 12 milyon dollar gəlirlə siyahıda birinci yerdədir.

Komediya kanalı  olan Smosh-un  gəliri  - 8.5 milyon dollardır. 21 milyondan çox izləyiciyə sahib komediya kanalı, uşaqlıq yoldaşı olan Ian Hecox və Anthony Padilla'ya aiddir. 5 fərqli YouTube kanalını idarə edən ikili,eyni adlı filmə də sahibdir.

YouTube-da  digər əyləncəli bir kanal olan Fine Brothers böyük miqdarda gəlir əldə edir. Belə ki, qazancı  Gəliri Smosh  kimi 8.5 milyon dollardır. İki  qardaş Benny və Rafi-nin  bir də Fine Brothers Entertainment  adında bir studiyası da var.

Həm musiqiçi ,həm də rəqqas olan Lindsey Stirling, öz adını daşıyan kanalı ilə 6 milyon dollara kimi gəlir əldə edib. 12 milyonu keçən izləyici sayıyla olduqca sevilən Lindsey, 2007-ci ildən bəri maraqlı videolar təqdim edir.

 Əyləncəli videolar təqdim edən digər kanal Rhett McLaughlin və Üçüncü Charles Lincoln Neal adında iki nəfərlik  bir qrupun sahəsində meydana gəlib. 4 milyona yaxın izləyicisi olan kanaldan 4.5 milyon dollar gəlir əldə ediblər.

 İngilis kanalı olan KSI-da Olajide Olantunji adlı bir istifadəçi tərəfindən əyləncəli videolar yaradılır. Eyni zamanda  bir Hip-Hop  sənətçisi olan KSI, 10 milyondan çox izləyicisi var. Kanal 4.5 milyon dollar gəlirə sahibdir.

Əyləncə məzmunlu kanallardan fərli olaraq  Michelle Phan  bir makiyaj və baxım kanalı olaraq diqqəti cəlb edir. Bir-birindən möhtəşəm makiyajları  tanıdan bu qadın bu sahədə heç bir təhsil almayıb.Kanal 3 milyon dollar gəlir əldə edib.

YouTube-da Superwoman adıyla tanınan stand-up  komediyaçı və müğənni olan Lilly Singh-ın  kanalı da sevilən və izlənilən bir kanaldır. Lilly-nin illik gəliri 2.5 milyon dollardır.

Zəhlətökən və möhtəşəm mahnılarıyla tanınan Roman-nın izləyici sayı 7 milyona çatıb. Gəliri  2.5 milyon dollar çatan Atwood reklamçılığa da qoşulub.

Digərlərindən fərqli olaraq Rosanna möhtəşəm yemək resseptləri və bir çox fərqli  videoları ilə məşhurdur Bu kanalın gəliri 2.5 milyon dollardır.

 

 

 

                                                                                               Əsmər Qabil 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə