YouTube-dan yenilik

19-10-2015 / 16:33

Yaxın günlərdə YouTube-a ödənişli videolar əlavə ediləcək. İstifadəçilər həmin videolardan istifadə qarşılığında pul ödəməli olacaqlar.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki,  bu barədə YouTube rəhbərliyindən verilən açıqlama bildirilib.

Bildirilir ki, noyabrın 21-də böyük tədbir keçiriləcək və bununla bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bəzi araşdırmaçılar bunu 1 il əvvəl YouTube tərəfindən verilən“Ən məşhur video prodüserlərimizdən pul qazanmanın fərqli yollarını tapacağıq” açıqlaması ilə əlaqələndirir.

Bildirilir ki, YouTube bu yeniliyi ən çox bu sosial şəbəkədən faydalanan abunəçilərinə görə edir. 

Bütün bunlara baxmayaraq Youtube-un ödənişsiz və reklamlardan qazandığı pulla xərclərini ödəyən bir sayt olaraq qalacağı bildirilib.

 

                                                                                             

                                                                                                 Əsmər Qabil


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.