YouTube loqosunu dəyişdi-Video

30-08-2017 / 13:29

YouTube loqosunda ilk dəfə böyük dəyişiklik edib.

Xeberler.az-ın məlumatına görə, şirkət markanın loqosunda qırmızı qutuda yer alan “Tube” kəlməsini götürərək, loqoya "klik" düyməsi əlavə edib.

Şirkətin simvolik loqosu indi daha bir təravətli dizayna sahib olub.

YouTube-un açıqlamasına görə, daha çevik dizaynı olan loqotip, çox kiçik ekranlı cihazlar da daxil olmaqla müxtəlif qurğularla uyğunlaşa bilər.

Daha parlaq görünüşlü olan loqotip, xüsusilə, yerin məhdud olduğu yerlərdə mobil telefonlar kimi cihazlarda asanlıqla tanınır.

Qeyd edək ki, platforma 2005-ci ildə bir video paylaşma saytı olaraq meyadana gəlib. Hazırda YouTube ayda 1,5 milyard qeydiyyatdan keçmiş istifadəçi tərəfindən ziyarət edilir. 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə