“YouTube” platforması ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə Kapitoli binasında baş verən iğtişaşlardan sonra hesabının bloklanması ilə bağlı qaldırdığı iddianı həll etmək üçün 24,5 milyon ABŞ dollarlıq kompensasiya ödəməyi qəbul edib.
Xeberler.az məlumat verir ki, razılaşmaya əsasən, kompensasiyanın 22 milyon dolları Ağ Evdə yeni bal zalının inşasına cavabdeh olan "Trust for the National Mall" fonduna yönləndiriləcək. Qalan 2,5 milyon dollar isə digər iddiaçılar – yazıçı Naomi Vulf və Amerika Konservativ İttifaqı (American Conservative Union) arasında bölüşdürüləcək.
Xatırladaq ki, 2021-ci ildə prezident seçkilərinin nəticələrindən narazı qalan Respublikaçılar partiyasının tərəfdarları Kapitoli binasına hücum etdikdən sonra Donald Trampın “Facebook”, “Instagram”, “YouTube” və “Twitter” hesabları bloklanmışdı. Sosial media platformalarının rəhbərliyi respublikaçı namizədin paylaşmalarının iğtişaşları təhrik etdiyi qənaətinə gəlmiş, Donald Trampın özü isə bu addımı qanunsuz senzura kimi qiymətləndirmişdi.
Sonradan, 2022-ci ilin sonunda İlon Mask “Twitter”i (“X”) satın aldıqdan sonra Donald Trampın hesabını blokdan çıxarmış, 2023-cü ilin fevralında “Meta”, mart ayında isə “YouTube” platformaları müvafiq qərarlar qəbul etmişdi.
Qeyd edək ki, bundan əvvəl “Meta” və “X” şirkətləri də Trampın sosial şəbəkə hesablarının bloklanması ilə bağlı iddiaları üzrə müvafiq olaraq 25 milyon və 10 milyon dollar məbləğində kompensasiya ödəməyə razılaşmışdı.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları