YUMROO – Mail.ru: əlaqə bərpa edildi

29-12-2008 / 15:58

YUMROO portalından Xəbərlər.az-a verilən məlumata görə, informasiya-axtarış portalı YUMROO (www.yumroo.az) öz istifadəçilərini xəbərdar edib ki, onların Mail.ru portalı istifadəçiləri ilə olan  elektron məktub mübadiləsi bərpa olunub.

Xatırladaq ki, bir neçə müddət əvvəl texniki səbəblərə görə YUMROO və Mail.ru arasında məktub mübadiləsi müvəqqəti olaraq dayandırılmışdı. Lakin YUMROO-nun texniki şöbəsinin təmsilçiləri ilə Mail.ru şirkətinin istifadəçilərə dəstək xidməti arasında danışıqlardan sonra problem həll olunub. 
 
YUMROO Mail.ru-ya onun konstruktiv pozisiyasına görə məmnun olduğunu bildirir və gələcəkdə də onunla əməkdaşlığa ümid edir.

Əlavə məlumat üçün YUMROO portalının müştəri xidməti bölməsinə müraciət edin:

[email protected]
Тел: (+994 12) 492 20 00,
Факс: (+994 12) 492 20 41
[email protected]
www.yumroo.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə