Bu gün Facebookda bir statusdan sonra, ağlımda Azərbaycana aid mail servisləri sadalandı. Eşitdiyimə görə informatika dərsi keçilən məktəblərdə də uşaqlara rus mail servisləri nümunə kimi öyrədilən yerlər var imiş. Əsasən də mail.ru. Mən də yadıma düşən Azərbaycan mail servislərini paylaşım dedim.
Birinci ağlıma gələn və demək olar ki, ən böyük servis Box.az-dır.
Box.az inkişaf tempinə görə digərlərindən müsbət istiqamətə fərqlənir: Xüsusən son dövrlərdə digər jabber sistemləri ilə inteqrasiyası, Box.az Chat-ın istifadəyə verilməsi.
Digər servisləri yoxlayanda, Box.az mail servis kimi daha güclü təsir bağışladı. Məktubları yollayanda xarici mail servislərdə spam-a düşmürdü. Başqa maillərə baxanda, Azərbaycanca versiyası olduğunu da qeyd etməyi lazım bildim. Çünki, bəzi mail servislərdə qarışıqlıq var.
Sonra inbox.az deyə bir e-mail xidməti də var.
Yollanan mail, spama düşmür. Servis Azərbaycan dilindədir. Görünüşü o qədər xoşuma gəlmir. Ancaq açılan vaxtı, Azərbaycan dilində ilk 1GB yer verən servis olduğunu xatırlayıram.
Bir də köhnənin bir mail servisi var — Mail.az. İntrans-ın öz servisidir. Guya xidmət 3 dildədir — Az, Ru, En. Dili dəyişəndə təkcə giriş hissəsinin dilləri dəyişir. Daxili səhifə isə elə həmişə eyni dildə qalır. Rus dili ağırlıqlı, bəzi terminlər isə (Sent, Drafts) ingilis dilində. Dil seçimi forması bərbad vəziyyətdədir. Azərbaycan dili yoxdur. Maillər də Gmaildə spama gəldi.
Bakililar.az -ın da mail servisi var. Düzdür mən bunu tam mail servisi olaraq da saymıram. Çünki, bakililar.mail.everyone.net olaraq gedir. Yəni, bakiliların özündə deyil. Ancaq istifadə edənlərlə də rastlaşmışam. Saytın öz dili rusca olmağına baxmayaraq mailin dili ingiliscədir. Ümumiyyətlə istifadəsi çox narahatdır.
Amail.az. Bir vaxtlar yaman çox reklamı gedirdi. İlk açılan zamanlarda.
Azərbaycan dilindədir. Mail yollayıb test edəndə isə, Gmaildə spama düşdü. Bu spama düşmə halları çox pisdir. İstifadəçini çox narahat edir. Mailin görünüşü mənə outlook-u xatırlatdı.
Day.az portalfason sayt olandan sonra, mail xidməti də verməyə başladı. Mail servisini Yandex API-ləri üzrəində qurub. Mailə daxil olanda da URL-i görsənir — mail.yandex.ru/for/day.az. Nəsə mənə başqa servislər üzərindən mail servisi vermək mənə məntiqli gəlmir. Dil də təbii olaraq ruscadır.
Yaddan çıxmamış, bir dənə də Yumroo-nun maili var idi.
Azərbaycan dilində versiyası var. Ancaq mailin özü çox narahatdır. İki test maili yollamalı oldum. Birinci gedib çatmamışdı, ona görə ikinci maili yolladım. İkinci mail çatandan təqribən 15 dəqiqə sonra birincisi də gedib çatdı. Əsas mənfi cəhəti mailin spama düşməyidir (Gmaildə).
Ümumiyyətlə bu qədər mail servisi arasından həm dil seçimini həm də, maillərin spama yox, inbox-a gəlməyini nəzərə alsaq cəmi 2 mail servisi normal fəaliyyət göstərir — Box.az və inbox.az
mənbə: weboxu.com
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri