Zeynal Məmmədli: “AZTV-nin üçüncü kanal açması qanunsuzdur”

24-10-2010 / 13:25

Azərbaycanda ayrıca “Mədəniyyət” telekanalı açılacaq. Bununla bağlı elan edilən müsabiqənin qalibi dövlət televiziyası - AzTV olub. Qərarı Milli Televiziya və Radio Şurası açıqlayıb. Mədəniyyət kanalının açılması üçün Bakı və Abşeron ərazisindən televiziya üzrə 44-cü tezlik resursuna elan edilən müsabiqədə yalnız 1 iddiaçı – “Azərbaycan televiziya və radio Verilisləri” Qapalı Səhmdar Cəmiyyəti iştirak edirdi.

Media eksperti Zeynal Məmmədli sözügedən mədəniyyət telekanalının açılması ilə bağlı fikirlərini Deyerler.org-a deyib: “Bu kanalın açılmasına o əsas gətirilib ki, digər televiziyalar mədəniyyətlə bağlı verilişlərə yer vermirlər, ona görə də dövlət vəsaiti hesabına, dövlət televiziyasında bunun gerçəkləşməsinə ehtiyac var. Bir şey səhvdir ki, birinci, bu məsələ barədə geniş müzakirə olunmayıb. Bu gün dövlət televiziyasının hazırladığı proqramlar peşəkarlıq cəhətdən aşağı səviyyədədirsə, hansı təminat var ki, onların mədəniyyətlə bağlı hazırladıqları verilişlər səviyyəli olacaqdır. İkincisi də ki, bunun qanuni tərəfi də vardır ki, ümumiyyətlə AZTV-nin fəaliyyətini tənzimləyən qanun yoxdur. Bizdə tele-radio verilişlərinin tənzimlənməsi haqqında qanunla bir televiziya kanalına yalnız iki telekanal açmaq imkanı verilir. Bu artıq AZTV-nin üçüncü kanalı olacaq. Bu, qanunlar baxımından da qadağandır. Bu, büdcə pullarının lazımsız yerə sərf olunmasına səbəb olacaqdır. Mən inanmıram ki, burada peşəkar verilişlər olsun. Düşünürəm ki, dünya kanalllarında mədəniyyətə aid sənədli filmlər, seriallar, proqramlar var, onların Azərbaycan dilinə tərcümə olunması və tamaşaçılara çatdırmaq daha sərfəlidir, nəinki küllü miqdarda pul ayrıb telekanal açılsın. Adətən, belə filmləri xarici şirkətlərin əksəriyyəti pulsuz verirlər. Bundan başqa, bu da səhvdir ki, yazılıb ki, kanal Azərbaycan mədəniyyətini təbliğ edəcək. Hansı üsullarla, hansı kadrlarla, hansı baza ilə? Bu barədə real bir söz demək çətindir”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə