Previous Next
Bağla

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

06-11-2020 16:26
“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

Bakcell, ENGINET şirkəti və partnyorları tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəsmi mobil tərəfdaşı olub. “Virtual təhsilə dəstək” layihəsinin məqsədi Covid-19 pandemiyası zamanı təhsil sahəsində çalışan insanlara keyfiyyətli virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir.

Belə ki, Bakcell “Virtual təhsilə dəstək” layihəsində iştirak edən minlərlə müəllim üçün xüsusi tarif hazırlayıb. Bu tarifdən istifadə edən müəllimlər pulsuz mobil nömrə əldə edərək ayda cəmi 5 manat ödəməklə öz həmkarları ilə pulsuz danışacaq, həmçinin ayda 1 GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə qazanacaqlar.

Bu və digər oxşar layihələrə dəstək göstərməklə Bakcell şirkəti Azərbaycanda rəqəmsallaşma prosesinə öz mühüm töhfəsini verir.

Qeyd edək ki, təşəbbüs çərçivəsində təqdim olunan üstünlük və güzəştlərdən yararlanmaq üçün müəllimlər “Virtual təhsilə dəstək” layihəsində iştirak etməlidir. Daha ətraflı məlumat almaq üçün *1199 nömrəsinə (ENGINET şirkətinin zəng mərkəzi) zəng etmək və ya www.birlink.az səhifəsinə daxil olmaq kifayətdir.

Layihəyə qoşulmuş bütün təhsil işçiləri ENGINET şirkətinə məxsus “BİRLink” brendi  tərəfindən ödənişsiz olaraq iki ay ərzində 30 MB/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və istifadə üçün avadanlıqla təmin olunacaqlar. Bundan əlavə, “Virtual Məktəb” platforması üzərindən qeydiyyatdan keçən müəllim və şagirdlər lisenziyalı Microsoft Office 365 proqramlarını ödənişsiz yükləyə biləcəklər. Layihə çərçivəsində müəllimlər məsafədən tədris üçün lazımı texniki biliklərin artırılması məqsədilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən keçirilən təlimlərdə endirimli iştirak, “Smart Electronics” mağazalar şəbəkəsindən distant tədris üçün lazımı elektronika avadanlıqlarına xüsusi endirimlər və digər güzəşt və fürsətlərdən yararlanacaqlar.

Uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayan Bakcell şirkətinin həyata keçirdiyi “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.

Xatırladaq ki, 2019-cu ildə Bakcell, Təhsil Nazirliyi və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlığın məqsədi ucqar ərazilərdə yerləşən 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kartla təmin edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil avtobusu – Nəsimi yay məktəbi reallaşıb

31-07-2019

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021

Təhsil Nazirliyi, Bakcell və AzEduNet arasında əməkdaşlıq protokolu imzalanıb

06-03-2019

BİRLink yeni “Təhsil” tarifini təqdim edir

09-06-2020

Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

15-10-2018

Bakcell Təhsil Avtobusu-2018 Yay Məktəbinə dəstək göstərir

20-07-2018

Bakcell şirkəti media sahəsində çalışanlara xüsusi tarif təklif edir

15-03-2019

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində dəstək göstərir

08-04-2021

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

"Bakcell" yeni internet paketini təqdim edib

02-10-2020

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

05-06-2018

“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

14-12-2020

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Bakcell xəyalları gerçəkləşdirməyə davam edir

14-09-2018

Bakcell zərər çəkmiş sakinlərə dəstək göstərdi

13-06-2018

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

13-09-2019

Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi

05-10-2021

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018

«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

19-11-2010

“Bakcell”dən eksklüziv təkliflə smartfon al

19-07-2024

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə