İki nəhəng mobil telefon istehsalçısının işçi döyüşü

03-01-2009 / 11:07

İki böyük cib telefonu istehsalçısının işçi döyüşü: Biri işə götürmək istəyir, o birisi "götürə bilməzsən" deyir.

RIM-in ən böyük xüsusiyyəti məşhur BlackBerry-nin sahibi olmasıdır.

Research In Motion Ltd. (RIM) və Motorola fevral ayında imzaladıqları bir razılaşma ilə bir-birlərinin köhnə işçilərini işə götürməyəcəkləri barədə  razılaşmışdılar. Yaxın günlərdə isə RIM, köhnə bir Motorola işçisinə iş təklif etdikdə Motorolanın reaksiyası ilə qarşılaşdı. Motorola, razılaşmaya uyğun olaraq  RIM-in bu işçini işə götürə bilməyəcəyini iddia etdi və qarşılığında RIM bu problemi məhkəmədə həll etməyə  qərar verdi.

RİM isə iddia edir ki, bu razılaşmanın müddəti avqust ayında bitib. Buna görə də hər iki firma öz istədiyi işçini işə götürə bilər.

Motorolanın isə çəkindiyi məsələ  araları heç də yaxşı olmayan RİM-in vəzifəyə götürmək istədiyi işçi ilə əlaqədardır. Çünki, bu işçi köhnə şirkətə aid  gizli məlumatları “təzə” şirkətə daşıya bilər.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə