Previous Next
Bağla

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

09-06-2026 19:17
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin tərəfdaşlığı ilə Bakı Konqres Mərkəzində Gənclər üçün Süni İntellekt Forumu keçirilib.

Xeberler.az məlumat verir ki, forumun məqsədi gənclərin süni intellekt sahəsində biliklərinin artırılması, bu texnologiyanın yaratdığı imkanlar barədə məlumatlandırılması və gələcəyin əmək bazarına hazırlıqlarına dəstək olmaqdır.

Tədbirin açılış mərasimində Milli Məclisin deputatı Naqif Həmzəyev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev və Milli Süni İntellekt Mərkəzinin baş məhsul sahibi İbrahim Süleymanov çıxış edərək, süni intellektin inkişaf perspektivləri və dövlətin bu istiqamətdə gənclər üçün yaratdığı imkanlardan bəhs ediblər.

Daha sonra “Gənclərin karyera inkişafında süni intellektin rolu: İmkanlar və çağırışlar” mövzusunda panel sessiyası keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramların idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova, “Paşa Holdinq”in xarici innovasiyalar üzrə meneceri və “INMerge Ventures”də partnyor Hüseyn Mahmudov, “KPMG Azərbaycan” şirkətinin Data & AI komanda rəhbəri Toğrul Cabbarlı və “Azerconnect Group”da süni intellekt həlləri və mühəndislik üzrə menecer Nihat Abdullayev spiker qismində iştirak ediblər. Spikerlər süni intellektin əmək bazarına təsiri, innovasiya trendləri və karyera imkanları barədə fikirlərini bölüşüblər.

Həmçinin forum çərçivəsində Milli Süni İntellekt Mərkəzinin süni intellekt mühəndisi Murad Bağırlı tərəfindən “Gənclər üçün süni intellekt savadlılığı: Nələri bilməliyik?” mövzusunda təqdimat keçirilib. Eyni zamanda, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən hazırlanmış yeni nəşr - “Karyera quruculuğunda süni intellekt bələdçisi” təqdim olunub.

Qeyd edilib ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən son illərdə Bakı və regionlarda keçirilən süni intellekt forumları, təlimlər və maarifləndirici tədbirlər gənclərin bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməsinə geniş imkanlar yaradır. Bu təşəbbüslər vasitəsilə gənclər süni intellekt sahəsindəki yeniliklərlə tanış olur, müasir texnologiyalar barədə məlumat əldə edir və sahənin aparıcı mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq imkanı qazanırlar. Artan marağı və bu istiqamətdə formalaşan ehtiyacı nəzərə alaraq, gələcəkdə bu kimi tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsi və ölkənin müxtəlif bölgələrində davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

20-06-2025

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

20-06-2025

Bakıda “Gənclər üçün Süni İntellekt Forumu” keçirilir

02-05-2025

“Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” adlı müzakirə keçirilib

26-09-2025

“Youth Cyber Forum” keçirilib

25-02-2026

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025

Gənclər süni intellektin peşə seçimlərinə təsiri barədə maarifləndirilib

22-11-2025

Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu müzakirə olunub

30-01-2026

BDU-da Süni İntellekt Etikası üzrə I Gənclər Forumu keçirilir

19-09-2025

BDU-da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06-08-2025

“Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” müzakirə edilib

07-03-2026

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025

Nar tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

11-06-2019

Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyətlidir

23-04-2025

Nar gənclərə karyera qurmaqda dəstək olur

10-12-2018

“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının imtahanı yekunlaşıb

24-04-2026

Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib

23-05-2025

Bakcell-dən gənclərə dair növbəti töhfə

13-03-2019

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

“Süni İntellekt və Yüksək Texnologiyalar” adlı tədbir keçirilib

07-10-2024

Bakcell Karyera Sərgisində iştirak edib

05-03-2018

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018

ASAN Kadr Karyera mərkəzinin sərgisi keçirilib

12-03-2019

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

16-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə