Previous Next
Bağla

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026 17:40
"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

Beynəlxalq analitik mərkəz olan "Oxford Insights" tərəfindən “Süni intellekt startap həllərinin dövlət sektoruna inteqrasiyası: Azərbaycanda "ASAN AI Hub" təcrübəsi" adlı məqalə dərc olunub. Məqalədə Azərbaycanda dövlət sektorunda süni intellekt həllərinin tətbiqi və innovativ ekosistemin formalaşdırılması istiqamətində atılan addımlar təhlil edilir.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yazıda xüsusi olaraq "ASAN AI Hub" təşəbbüsünün rolu vurğulanır. Qeyd olunur ki, həmin platforma dövlət qurumları ilə süni intellekt sahəsində fəaliyyət göstərən startaplar arasında effektiv əməkdaşlıq mexanizmi yaradır. Dövlət qurumlarının qarşılaşdığı reallıqlar açıq çağırış formatında təqdim olunur və innovativ həllər təklif edən komandalar arasından ən uyğun layihələr seçilərək pilot mərhələdə tətbiq olunur.

Məqalədə, həmçinin "ASAN xidmət" modelinin dövlət xidmətlərinin göstərilməsində yaratdığı dönüş nöqtəsinə diqqət yetirilir. Bildirilir ki, ASAN modeli illər ərzində şəffaflıq, əlçatanlıq və vətəndaş məmnuniyyəti baxımından beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirilib və yeni texnoloji təşəbbüslər üçün möhkəm institusional baza formalaşdırıb.

Təhlildə vurğulanır ki, Azərbaycan süni intellekt və rəqəmsal transformasiya sahəsində regional innovasiya mərkəzinə çevrilmək istiqamətində sistemli addımlar atır. Dövlət-özəl sektor tərəfdaşlığına əsaslanan "ASAN AI Hub" modeli isə tədqiqat, startap və ictimai sektor arasında körpü rolunu oynayaraq innovasiyaların praktik tətbiqini sürətləndirir.

Məqalədə qeyd olunur ki, bu yanaşma yalnız texnoloji inkişafı deyil, həm də idarəetmədə səmərəliliyin artırılmasını, resursların optimallaşdırılmasını və vətəndaşyönümlü xidmətlərin genişləndirilməsini hədəfləyir. "Oxford Insights" tərəfindən aparılan təhlil "ASAN AI Hub"ın beynəlxalq miqyasda tətbiq oluna biləcək innovativ əməkdaşlıq modeli kimi qiymətləndirilə biləcəyini göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

Kolumbiya mətbuatı “ASAN xidmət” modelindən yazıb

02-02-2026

“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

07-07-2025

Oksford Universitetinin tələbəsi ASAN təcrübəsindən yazıb

03-10-2025

“ASAN AI Hub” ilk çağırışlar üzə qalibləri müəyyən edib

09-04-2026

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət” barədə məlumat verilib

13-01-2025

İtaliyanın “RAI 1” kanalı “ASAN xidmət”in fəaliyyətini işıqlandırıb

14-07-2025

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

Ölkələrə ASAN xidmət təcrübəsi nümunə göstərilir

13-02-2017

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

02-06-2025

Türkiyə mətbuatı ASAN xidmət-dən yazdı

31-08-2016

Dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub

17-03-2026

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq

16-04-2026

"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir

04-02-2026

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı müzakirələr aparılıb

12-12-2025

Amerikalı jurnalist ASAN xidmət-dən yazdı

24-10-2017

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025

“ASAN xidmət” modeli Malayziyada tanıdılıb

05-12-2024

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

07-04-2026

Ülvi Mehdiyev: 5 ölkə ASAN Xidmət modelinin tətbiqi üçün müraciət edib

10-02-2022

Aviasiya Akademiyası ilə “ASAN xidmət” arasında memorandum imzalanıb

20-11-2025

Seneqal “ASAN xidmət” modelini dövlət idarəçiliyi sahəsində tətbiq edəcək

03-06-2025

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə