Previous Next
Bağla

Dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub

17-03-2026 16:04
Dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin ASAN AI Hub platforması və “Apolitical” arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən süni intellekt (Sİ) üzrə ixtisaslaşmış təlimlər davam edir.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təlim proqramının məqsədi dövlət idarəçiliyində süni intellekt savadlılığını artırmaq və innovativ, məlumatlara əsaslanan yanaşmaların tətbiqini təşviq etməkdir.

Proqram çərçivəsində Azərbaycanın dövlət sektorundan ilk 100 mütəxəssis süni intellekt üzrə ixtisaslaşmış yeddi kursu uğurla tamamlayaraq sertifikat əldə edib. Təlim çərçivəsində iştirakçılar dövlət qulluqçuları üçün süni intellektin əsasları, süni intellektin dövlət qurumlarına təsiri, Sİ liderliyi, prompt mühəndisliyi, səhiyyə sistemlərində Sİ tətbiqləri, Sİ əsaslı satınalma, süni intellekt və iqlim siyasəti kimi mövzuları əhatə edən tədris materialları ilə tanış olublar.

Kurslar onlayn və öz tempində öyrənmə formatında təqdim olunur. Bu yanaşma dövlət qulluqçularına təlimi çevik şəkildə keçmək imkanı yaradır.

Kursların məzmunu “Apolitical” tərəfindən dövlət qurumları və akademik ekspertlərlə əməkdaşlıq çərçivəsində, o cümlədən SDA Bocconi School of Management-in iştirakı ilə hazırlanıb.

Təqdim olunan kurslardan biri dövlət qulluqçuları üçün “Süni intellektin əsasları” Stanford Universitetinin müəllimlərinin mühazirələrini və Stanford İnsan Mərkəzli Süni İntellekt İnstitutunun (HAI) təlimçiləri tərəfindən hazırlanmış tədris materiallarını əhatə edir.

Proqrama 40-dan çox dövlət qurumunu təmsil edən mütəxəssislər iştirak üçün müraciət edib və bugünədək təlim platformasında 500-dən çox qeydiyyat həyata keçirilib.

Kurslar ASAN AI Hub platformasında iştirakçılar üçün təqdim olunur.

“Apolitical” dövlət qulluqçuları üçün dünyanın ən böyük onlayn şəbəkəsidir. 170-dən çox ölkədə 500 mindən artıq dövlət qulluqçusu həmin platformadan istifadə edir. “Apolitical” dövlət qurumlarına daha effektiv və texnologiya yönümlü təşkilatlara çevrilmək üçün zəruri alətlər, biliklər və əlaqə imkanları təqdim edir.

Bu əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Apolitical” arasında 2025-ci il dekabrın 2-də imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025
Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

01-12-2025
“Süni intellekt savadlılığı” proqramı davam edir

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025
Qazaxıstanın dövlət qulluqçuları ASAN Xidmət təcrübəsini öyrənirlər

Qazaxıstanın dövlət qulluqçuları ASAN Xidmət təcrübəsini öyrənirlər

15-05-2026
ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq

ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq

16-04-2026
Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

14-10-2024
“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026
Aviasiya Akademiyası ilə “ASAN xidmət” arasında memorandum imzalanıb

Aviasiya Akademiyası ilə “ASAN xidmət” arasında memorandum imzalanıb

20-11-2025
Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar

Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar

04-06-2026
ASAN Karyera Akselerasiya Proqramı başlayır

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026
“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026
“ASAN xidmət” özbək rəsmilər üçün təlim proqramı reallaşdırıb

“ASAN xidmət” özbək rəsmilər üçün təlim proqramı reallaşdırıb

27-11-2025
“ASAN xidmət” əməkdaşlarının andiçmə mərasimi keçirilib

“ASAN xidmət” əməkdaşlarının andiçmə mərasimi keçirilib

23-06-2025
Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

04-06-2025
“ASAN xidmət” və SESRIC arasında anlaşma memorandumu imzalanıb

“ASAN xidmət” və SESRIC arasında anlaşma memorandumu imzalanıb

18-11-2024
“İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

“İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

27-01-2026
"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025
“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025
"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026
"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir

"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir

04-02-2026
Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

29-01-2024
Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025
ASAN Süni İntellekt platformasının  təqdimetmə mərasimi keçirilib

ASAN Süni İntellekt platformasının təqdimetmə mərasimi keçirilib

02-12-2025
V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

05-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə