Previous Next
Bağla

“Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başa çatıb

06-04-2022 17:24
“Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başa çatıb

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində Milli Federasiyaların “Rocket League” üzrə Avropa Çempionatında iştirakla bağlı qeydiyyatı başa çatıb.

Xeberler.az məlumat verir ki, “TEKNOFEST Azərbaycan” Festivalı Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla Avropanın 25 ölkəsindən kiber atletlər “Rocket League” və “Tekken” yarışları üzrə paytaxtımızda bir araya gələcəklər.

 

Sözügedən çempionat zamanı Avropa Kiber İdman Federasiyası da daxil olmaqla Milli Federasiyalardan ümumilikdə 27 nümayəndə yarışları izləmək üçün Bakıda rəsmi səfərdə olacaq.

 

“Tekken” yarışması üzrə Azərbaycan, Bosniya və Herseqovina, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Macarıstan, Litva, Lüksemburq, Makedoniya, Malta, Monako, Monteneqro, Niderland, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 25 kiber atlet mübarizəyə qoşulacaq.

 

“Rocket League” üzrə isə Azərbaycan, Gürcüstan, İsrail, Macarıstan, Lüksemburq, Monako, Monteneqro, Niderland, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 48 iştirakçı 16 komandada təmsil olunmaqla mübarizəni davam etdirəcək.

 

Xatırladaq ki, “Rocket League” üzrə Avropa çempionatına milli mərhələdə qeydiyyat prosesi davam etməkdədir. Yaş həddi 16-dan yuxarı olan Azərbaycan vətəndaşları fərdi qaydada sözügedən tədbirdə iştirak edə bilərlər. Arzu edən şəxslər https://baku2022.azkif.az/ elektron səhifəsinə daxil olmaqla milli seçmə mərhələsi üzrə qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rocket League” üzrə Avropa çempionatına start verildi  

25-05-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022

“Tekken7” yarışına start verildi  

27-05-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

11-04-2022

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

28-03-2022

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022

“Planer” üzrə sınaq uçuşları keçirilib

22-05-2022

50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb

19-04-2022

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022

Beynəlxalq poçt göndərişlərini qəbul etməyən ölkələr açıqlanıb

31-05-2020

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

“Azərpoçt” daha 40 ölkədən poçt göndərişlərinin qəbulunu bərpa edib

20-05-2020

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

 “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı

26-05-2022

"Teknofest Azərbaycan" festivalında yeni nailiyyətlər nümayiş etdiriləcək

15-04-2022

SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb

04-12-2023

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə