Azercell-in dəstəyi ilə həyata keçirilən “SİMM – Süni İntellektlə Müasir Məktəb” layihəsinin növbəti mərhələsinə start verilir. Təlimlər müəllimlərin süni intellekt alətlərindən tədris prosesində səmərəli istifadə üzrə praktiki bacarıqlarının inkişafına yönəlib.
28 avqust–11 sentyabr tarixlərində keçiriləcək təlimlər Bakı ilə yanaşı, Qarabağ və Gəncəni də əhatə edəcək. Ümumilikdə 120-dən çox müəllim süni intellekt alətlərinin tədrisdə tətbiqi üzrə bilik və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq.
Layihə kaskad modeli əsasında həyata keçirilir. Təlim proqramını uğurla başa vuran müəllimlər qazandıqları bilik və bacarıqları həmkarları ilə bölüşərək süni intellekt alətlərinin tədris prosesində daha geniş tətbiqinə dəstək olacaqlar. Bu model layihə çərçivəsində əldə olunan biliklərin daha geniş müəllim auditoriyasına çatdırılmasına imkan verəcək.
Layihənin sonunda iştirakçıların təlim müddətində əldə etdikləri nəticələr qiymətləndiriləcək.
Ən yüksək nəticə göstərən üç müəllim xüsusi mükafatlarla təltif olunacaq. Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan “Azercell Telekom” MMC süni intellekt texnologiyalarının tətbiqi və inkişafı üzrə fəaliyyətini “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq genişləndirməyə davam edəcək.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları