Previous Next
Bağla

“EduHack” hakatonuna 24 yerli və 21 xarici universitetdən müraciət daxil olub

30-07-2020 18:15
“EduHack” hakatonuna 24 yerli və 21 xarici universitetdən müraciət daxil olub

UNEC, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və “Next Step” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “EduHack” hakatonu keçiriləcək.

Xeberler.az bildirir ki, ölkədə ilk dəfə təhsil istiqamətində keçirilən hakatonun əsas məqsədi distant təhsildə qarşıya çıxan məsələlərin innovativ yolla həllini tapmaqdır. 

Hakatonun mövzusu Azərbaycan universitetləri ilə yanaşı, həm də xaricdəki nüfuzlu universitetlərin tələbə və məzunlarının da diqqətini çəkib. Hakatonda iştirak etmək üçün Azərbaycanın 24 universiteti ilə yanaşı, 11 xarici ölkənin 21 universitetindən ümumilikdə 283 müraciət daxil olub.

ABŞ-ın Hyuston Universiteti, Keksom İnstitutu nəzdində Minerva məktəbi,  Kanadanın Toronto Universiteti, Birləşmiş Krallığın Edinburq Universiteti, Qlazqo Universiteti, Lancaster Universiteti, Türkiyənin Orta Doğu Tekniki Universiteti, Yıldız Texniki Universiteti, Sabancı Universiteti, Sakarya Universiteti, Özyeğin Universiteti, Ukraynanın Kiyev Politexnik Universiteti, Niderlandın Eindhoven Texnologiya Universiteti, Macarıstanın Korvinus Universiteti, Budapeşt Biznes Məktəbi, Szeged Universiteti, Estoniyanın Tallin Texniki Universiteti, Polşanın Varşava Universtiteti, Vistula Universiteti, Latviyanın Riqa Texnologiya Universiteti və İsrailin “ORT İsrael” məktəblər şəbəkəsi müraciət edənlər siyahısındadır.

Yarışmada innovativ düşüncəli, təşəbbüskar, komanda ilə işləməyi bacaran, inkişafa meyilli gənclər iştirak edə bilərlər. İştirakçılar 3 gün ərzində (31 iyul, 1-2 avqust) öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər. 

Mükafat fondu 6000 AZN-dir və 1-ci yerin sahibi 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer isə 1000 AZN qazanacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın ən yaxşı İT universitetləri

26-03-2009

Təhsil sahəsində hakaton keçiriləcək

14-07-2020

Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

07-04-2009

Uber-dən tələbələr üçün yenilik

14-09-2015

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

Azercell daha bir bilik yarışmasına dəstək oldu

10-12-2015

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

13-03-2026

Qərb Universitetindən üçlü diplom-Layihə

15-02-2018

Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

26-10-2015

COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası canlı yayımda müzakirə olunub

29-12-2020

Azərbaycanın 6 universiteti dünya reytinqində TOP 1000 sırasında yer alıb

19-06-2025

“EduHack” hakatonu başa çatıb

03-08-2020

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

17-04-2025

Tələbələrə güzəştli kredit verilməsi ilə bağlı sayt fəaliyyətə başladı

06-06-2016

Yeni media ilə bağlı təlimlər başa çatıb

29-09-2012

Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

02-05-2023

Azərbaycanlı gənclər terror əleyhinə elektron aksiya keçirir!!!

31-03-2009

Azərbaycan Kosmik Çempionatda uğurlu nəticə göstərib

17-06-2019

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib

23-07-2025

Yeni Fikir 2015 Müsabiqəsində 26 layihə yarışacaq

04-03-2015

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə