Previous Next
Bağla

Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

15-04-2019 23:15
Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanından irəli gələn vəzifələrin Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılaraq konkret tədbirlər müəyyən edilib.

Xeberler.az  bildirir ki, dövlət başçısının Fərmanında məhkəmə qərarlarının icrasının effektivliyinin artırılması, "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi barədə verilmiş tapşırığa uyğun olaraq Ədliyyə Nazirliyinin rəhbər şəxslərindən və hakimlərdən ibarət nümayəndə heyəti Litvada tanışlıq səfərində olub.

Nümayəndə heyətinin tərkibinə nazirliyin İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayev, İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə, habelə Ali Məhkəmənin hakimi Xəqani Məmmədov, Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov və digər aidiyyəti əməkdaşlar daxil olunublar.

Səfər zamanı "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin tətbiqi, özəl icra qurumlarının fəaliyyəti ilə bağlı Litvanın təcrübəsi ilə tanışlıq olub, bu ölkənin ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən nazirin müavini Zydrunas Plytnikas, Ali Məhkəmənin sədri Rimvydas Norkus, Ali İnzibati Məhkəməsinin sədri Ramunas Gadliauskas, Milli Məhkəmə Administrasiyasının direktoru Reda Moliene, Ədliyyə Nazirliyinin Özəl İcra Qurumları üzrə Departamentinin rəisi Jolita Sinkeviciute və digər rəsmi şəxslərlə görüşlər keçirilib, Litvanın məhkəmə sistemi, icra xidmətinin işinin spesifik xüsusiyyətləri, məhkəmə və icra sahəsində istifadə olunan elektron sistemlərin funksionallıqları barədə təqdimatlar keçirilib, səmərəli müzakirələr aparılıb.

Görüşlərdə hər iki ölkədə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb, bu sahədə əldə olunan nailiyyətlərə və tətbiq olunan yeniliklərə qarşılıqlı maraq göstərilib. 

Nümayəndə heyətinə Litvada özəl icra qurumlarının fəaliyyətinin təşkili və icra məmurlarına Ədliyyə Nazirliyinin keçirdiyi müsabiqə əsasında müvafiq lisenziyaların verilməsi, icra məmurlarının köməkçiləri institutu, icraata daxil olan icra sənədlərinə və şikayətlərə baxılması, onların təmin olunması mexanizmi, icra hərəkətlərinin elektron sistem vasitəsilə həyata keçirilməsi barədə ətraflı məlumat verilib, bu sahədə qanunvericilik aktları ilə tanış olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018

Bu nazirliklər elektron məhkəmə sisteminə inteqrasiya olunacaq

30-09-2019

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019

Ədliyyə və məhkəmə sahəsində innovasiyaların tətbiqi genişləndirilir

24-10-2022

Ədliyyə Nazirliyi tərəfindən növbəti brifinq keçirilib

10-04-2019

“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

11-06-2014

Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

07-04-2025

Azərbaycan və Qazaxıstan ədliyyə nazirlərinin görüş baş tutub

20-11-2025

ATƏT nümayəndələrinə Azərbaycanda həyata keçirilən İKT layihələrindən danışılıb

06-03-2013

Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar mövzusunda təqdimat keçirilib

20-11-2019

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

18-06-2025

Nazir müavini: Rəqəmsallaşma icra prosesində əsas problemləri həll edir

20-02-2026

Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

03-09-2019

“Notariusun işində rəqəmsallaşma” mövzusunda konfrans keçirilib.

28-11-2023

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20-02-2026

“Məhkəməyə elektron müraciət və sahibkarlara açılan imkanlar” mövzusunda onlayn müzakirə keçirilib

11-09-2020

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14-02-2014

Bakıda türk dövlətlərində hüquqi sahədə müasir informasiya texnologiyalarının tətbiqi müzakirə olunur

04-06-2024

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə