İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Enterprise Azerbaijan" portalı Böyük Britaniyanın nüfuzlu beynəlxalq media təşkilatı "Acquisition International" tərəfindən keçirilən "Non-Profit Organisation Awards 2026" beynəlxalq müsabiqəsində "Best Entrepreneurship & Investment Facilitation Organisation 2026 – Azerbaijan" ("Azərbaycanda sahibkarlığın və investisiyaların təşviqi üzrə 2026-cı ilin ən yaxşı təşkilatı") mükafatına layiq görülüb.
Xeberler.az məlumat verir ki, qiymətləndirmə zamanı portalın sahibkarları, startapları və investorları vahid rəqəmsal platformada birləşdirən müasir ekosistem yaratması xüsusi qeyd olunub.
Mükafatlandırma zamanı investisiya layihələrinin yerli və xarici investorlar üçün əlçatanlığını təmin edən rəqəmsal mexanizmlərin tətbiqi, layihələrin Azərbaycan, ingilis və rus dillərində təqdim olunması, çoxmeyarlı axtarış imkanlarının yaradılması, həmçinin "Niyə məhz Azərbaycan?" bölməsi və Geo-İqtisadi Xəritə vasitəsilə ölkənin investisiya potensialının interaktiv şəkildə tanıdılması yüksək qiymətləndirilib.
Bununla yanaşı, portalın sahibkar və startaplara biznes-planların hazırlanması, bazar araşdırmaları, mentorluq, inkubasiya və akselerasiya proqramları, marketinq məsləhətləri və beynəlxalq platformalara inteqrasiya xidmətləri göstərməsi də mükafatın verilməsində əsas amillərdən biri olub.
Həmçinin "Enterprise Azerbaijan" portalının Amazon, Etsy, eBay, Indiegogo, GoFundMe, Patreon, Crowdfunder, GoGetFunding, Udemy və digər qlobal elektron ticarət və kraudfandinq platformaları ilə inteqrasiya imkanları yaratması beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilib.
Qeyd olunub ki, portalın əldə etdiyi bu uğur Azərbaycanda sahibkarlığın inkişafı, investisiya mühitinin təkmilləşdirilməsi, innovasiya ekosisteminin gücləndirilməsi və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisidir.
Xatırladaq ki, "Enterprise Azerbaijan" portalı Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixli "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq yaradılıb. Portal ölkədə sahibkarlığın inkişafına, innovativ layihələrin maliyyələşdirilməsinə və investorlarla layihələr arasında səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət edən aparıcı rəqəmsal platforma kimi fəaliyyət göstərir.
Müsabiqə çərçivəsində investisiyaların təşviqi, sahibkarlığın inkişafı, innovasiya və biznesin dəstəklənməsi sahəsində fəaliyyət göstərən müxtəlif ölkələrin aparıcı qurumları və beynəlxalq təşkilatları qiymətləndirilib. "Enterprise Azerbaijan" portalının bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın investisiya imkanlarının beynəlxalq səviyyədə tanıdılması, innovativ biznes ideyalarının maliyyələşdirilməsi və ölkənin rəqəmsal investisiya ekosisteminin inkişafı istiqamətində formalaşdırdığı uğurlu modelin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini nümayiş etdirir.

























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları