Previous Next
Bağla

İİTKM “Non-Profit Organisation Awards 2025” müsabiqəsinin qalibi olub

23-09-2025 11:57
İİTKM “Non-Profit Organisation Awards 2025” müsabiqəsinin qalibi olub

Azərbaycanın dövlət idarəçiliyində innovasiya, şəffaflıq və məlumat əsaslı qərarvermə prinsiplərinin tətbiqi və bu prosesdə öncül mövqe tutan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyəti qlobal səviyyədə diqqət mərkəzindədir. Böyük Britaniyada yerləşən nüfuzlu “Acquisition International” beynəlxalq media qurumunun təşkil etdiyi “Non-Profit Organisation Awards 2025” müsabiqəsində İİTKM “İnnovasiya” nominasiyası üzrə iki fərqli kateqoriyada ali mükafata layiq görülüb:

“Data Driven Governance Innovation Excellence Award 2025” (məlumat əsaslı idarəçilikdə innovasiya üzrə mükəmməllik)

“Non Profit Dedication & Integrity Excellence Award 2025” (qeyri-kommersiya sektorunda sadiqlik və dürüstlük üzrə mükəmməllik)

Bu uğurun əsasında Mərkəzin monitorinq və qiymətləndirmə məqsədilə formalaşdırdığı müasir rəqəmsal idarəetmə platforması dayanır. Platforma layihələrin icrasına nəzarətdə və qərarların dəstəklənməsində data analitikası, coğrafi informasiya texnologiyaları, video-müşahidə sistemləri və süni intellekt imkanlarının tətbiqi ilə seçilir.

Mükafatlandırmada yalnız texnoloji tərəqqi deyil, həm də Mərkəzin qeyri-kommersiya prinsiplərinə sadiqliyi, şəffaflıq, etik idarəçilik və ictimai hesabatlılıq standartlarına ciddi əməl etməsi mühüm rol oynayıb. Məhz bu xüsusiyyətlər Mərkəzə sadiqlik və dürüstlük üzrə mükəmməllik mükafatını qazandırıb.

Qeyd edilən kateqoriyalarda yalnız Azərbaycan deyil, müxtəlif regionlardan olan nüfuzlu təşkilatlar da təltif olunub. Bu isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qlobal innovasiya və idarəçilik arenasında layiqli yer tutduğunu və beynəlxalq səviyyədə rəqabətədavamlı nümunə kimi tanındığını təsdiq edir.

“Acquisition International” Böyük Britaniyada yerləşən və 108 000-dən artıq qlobal abunəçisi olan aylıq rəqəmsal jurnaldır. Bu beynəlxalq media platforması maliyyə, hüquq, investisiya, M&A (birləşmə və satınalma), korporativ idarəetmə və innovasiya sahələrində aktual təhlillər təqdim edir. Jurnalın əsas oxucu bazası Böyük Britaniya, ABŞ, Qərbi Avropa və Asiya-Sakit Okean regionunu əhatə edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025

İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

16-12-2025

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025

İİTKM ali mükafata layiq görülüb

17-06-2025

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025

İİTKM beynəlxalq müsabiqədə iki kateqoriya üzrə qalib olub

03-03-2026

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

DOST RİM beynəlxalq müsabiqədə mükafata layiq görulüb

07-05-2025

Nazirliyin rəqəmsal layihələri və DOST RİM beynəlxalq mükafata layiq görülüb

11-04-2025

DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü

04-09-2024

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

DOST RİM daha 3 beynəlxalq mükafata layiq görülüb

29-11-2024

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019

DOST RİM Böyük Britaniyada keçirilən iki müsabiqədə qalib seçilib

27-02-2025

Dövlət Əmək Müfəttişliyi Xidməti 3 mükafata layiq görülüb

21-04-2025

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti dəfə mükafata layiq görülüb

17-02-2025

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

“Böyük Qayıdış” platforması iki nüfuzlu mükafata layiq görülüb

05-05-2026

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025

Dövlət Məşğulluq Agentliyi daha iki beynəlxalq mükafata layiq görülüb

25-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə