Previous Next
Bağla

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018 10:35
Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ABŞ-ın San- Fransisko şəhərinə səfər edib. Səfərin məqsədi www.enterpriseazerbaijan.com portalının ABŞ investorlarına təqdim edilməsi olub. V.Qasımlı səfərin gedişində Silikon Vadisində aparıcı mələk, toxum və vençur investorlarla görüşlər keçirərək, Portal barədə onlara ətraflı məlumatlar təqdim edib.

Xeberler.az  məlumat verir ki, müzakirələr zamanı Azərbaycanda startup layihələri, biznes ideyalarının maliyyələşdirilməsi imkanlarından danışılıb. Eyni zamanda www.enterpriseazerbaijan.com portalındakı layihələrin ABŞ- da kraudfandinq və kraudinvestinq edilməsi ilə bağlı müzakirələr aparılıb.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı həmçinin ABŞ-ın Kommersiya Xidmətinin Silikon vadisindəki nümayəndələri ilə də görüşlər keçirib. Ümumi müzakirələr zamanı qeyd olunub ki, Azərbaycanda aparılan iqtisadi islahatlar ölkədə ictimai siyasi və makroiqtisadi sabitlik və yaradılan infrastruktur, ölkənin Şərq-Qərb və Şimal – Cənub dəhlizlərində yerləşdirilməsi bu ölkəyə sərmayə yatırılması imkanlarını genişləndirir. V. Qasımlı bildirib ki, görüşlər zamanı ABŞ investorlarının diqqətini daha çox Azərbaycanda həyata keçirilən layihələr, biznes, regional bazarlara yaxşı çıxış imkanları cəlb edib.

Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən innovativ layihələr, elektron hökumət, Rəqəmsal Ticarət Qovşağı və s. barədə məlumat verib. ABŞ inverstorları xüsusən də Silikon Vadisində olan investorlar innovativ inkişafla bağlı çox maraqlı olduqlarını qeyd ediblər. Bu sahədə həyata keçirilən strateji yol xəritələrində yer alan innovativ inkişaf, texnologiyaların təşviqi və insan kapitalının inkişafı məsələləri də müzakirə mövzusu olub.

Qeyd edək ki, “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsi Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb. Bu portal Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olacaq.

Poçt indeksi: AZ 1073 Baki şəhəri,Yasamal ray, Landau küçəsi 16 Portalın yaradılması həm də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 3.1.1-ci “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrasına da xidmət edəcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018
Vüsal Qasımlı Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi adlı beynəlxalq konfransda çıxış edib

Vüsal Qasımlı Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi adlı beynəlxalq konfransda çıxış edib

23-11-2018
Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib

Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib

02-10-2018
Yeni portal Azərbaycana sərmayə cəlbini sürətləndirəcək

Yeni portal Azərbaycana sərmayə cəlbini sürətləndirəcək

20-09-2018
EnterpriseAzerbaijan.com biznesin inkişafı və startaplar üzrə beynəlxalq vebinar  keçirib

EnterpriseAzerbaijan.com biznesin inkişafı və startaplar üzrə beynəlxalq vebinar keçirib

01-11-2021
Prezident sərəncam imzalayıb

Prezident sərəncam imzalayıb

20-09-2018
Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024
Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021
EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

19-03-2021
İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021
Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

04-03-2022
İİTKM BP ilə anlaşma memorandumu imzaladı

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018
İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021
Azexport.az 469,9 milyon ABŞ dolları dəyərində ixrac  sifarişi alıb

Azexport.az 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişi alıb

16-01-2023
Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

16-01-2023
Vüsal Qasımlı: "10 startapdan 1-i inkişaf edə bilir"

Vüsal Qasımlı: "10 startapdan 1-i inkişaf edə bilir"

19-05-2023
Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017
Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024
Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022
Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

03-10-2019
Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

20-11-2018
Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib

18-04-2019
EnterpriseAzerbaijan.com portalına yeni rəhbər təyin olunub

EnterpriseAzerbaijan.com portalına yeni rəhbər təyin olunub

03-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə