Previous Next
Bağla

“France Telecom” kütləvi intihar dalğası ilə sarsılıb

25-09-2009 11:19
“France Telecom” kütləvi intihar dalğası ilə sarsılıb

Fransanın 5-ci, dünyanın 71-ci şirkəti olan “France Telecom” kütləvi intihar dalğası ilə sarsılıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, dünya şöhrətli mobil operator qlobal maliyyə böhranı səbəbindən ciddi sıxıntılar yaşayır.

2002-ci ildən kütləvi ixtisarlara başlanılan “France Telecom”un 100 mini Fransada olmaqla 187 min işçisi var. Son vaxtlar şirkətin iş yerini itirmək qorxusu ilə bir-birinin ardınca intihar edən əməkdaşlarının sayı 23-ə çatıb.

Maraqlıdır ki, bu fakt yalnız sonuncu intihardan – 32 yaşlı Stefaninin özünü ofis binasının 4-cü mərtəbəsindən atmasından sonra ortaya çıxıb. Stefani atasının elektron poçtuna yazdığı ölümqabağı məktubunda intihara hazırlaşdığını, bununla da “France Telecom”un intihar edən 23-cü əməkdaşı olacağını bildirib. O, intihar etməsinə səbəb kimi şirkətdə aparılan restrukturizasiya proseslərini qəbul etməməsini göstərib. Həmkarlar təşkilatları isə iddia edir ki, restrukturizasiya ilə əlaqədar “France Telecom”da iş şərtləri süni şəkildə çətinləşdirilir, bununla da əməkdaşlar işdən könüllü şəkildə getməyə məcbur edilir.

Artıq Fransanın əmək naziri Xavier Darcos məsələ ilə bağlı “France Telecom”un prezidenti Didier Lombard ilə görüşüb və kütləvi intiharlarla bağlı araşdırma aparılmasını tələb edib.
Bu arada Fransanın Trua şəhərində şirkətin 49 yaşlı texniki işçisi daha aşağı vəzifəyə keçirilməsi səbəbindən özünü bıçaqlayaraq intihara cəhd edib. Hadisə iş yerində baş verib. Bu olaydan sonra mobil operatorun insan ehtiyatları direktoru Olivier Barberot zəif psixologiyaya malik əməkdaşların nəzarət altına alınacağını bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avropa ilə Asiya arasında telefon və internet əlaqəsi kəsilib

22-12-2008

“Alcatel-Lucent” şirkətinin rəhbəri istefa verib

02-09-2015

“Air France” haker hücumuna məruz qalıb

07-08-2025

Süni intellekt intiharların qarşısını alacaq

02-11-2017

Süni intellekt intihar riskini müəyyənləşdirməyə kömək edir

04-01-2025

Robot intihar edib

11-11-2016

“Azercell”in “70 günə 70 avtomobil” kampaniyası dayandırılıb!

07-11-2009

«Azercell» şirkəti daha bir xarici operatorla rouminq sazişi bağlayıb

15-12-2008

Facebook intiharların qarşısını alacaq

07-12-2015

Azərbaycanda 3 telekomunikasiya şirkəti birləşir

03-12-2025

“ChatGPT” qətl və sonrakı intiharda iştirakda ittiham edilir

12-12-2025

Facebook intiharların qarşısını ala biləcək

27-02-2015

Fransada 15 milyon insanın şəxsi məlumatları sızdırılıb

27-02-2026

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Makronla “Uber” şirkəti arasında gizli sövdələşmə olduğu üzə çıxıb

18-07-2023

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Apple işçilərinin intihar səbəbi nədir?

21-07-2010

“Microsoft” şirkətində ixtisarlar başlayıb

09-07-2010

Bakcell Delta Telecom-un mobil bazara gəlişindən təşvişə düşüb

08-10-2015

Virtual dünyanın qurbanı oldu

01-11-2010

İranda internet qorxusu yaşanır

13-02-2011

Mavi balina oyununun daha bir qurucusu saxlanıldı

21-06-2018

Bakcell-in yeni icraçı direktoru kimdir?

19-05-2016

“Azercell Telecom”un mənfəəti artıb

07-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə