Previous Next
Bağla

“ChatGPT” qətl və sonrakı intiharda iştirakda ittiham edilir

12-12-2025 14:34
“ChatGPT” qətl və sonrakı intiharda iştirakda ittiham edilir

“OpenAI” və “Microsoft” şirkətləri Konnektikutda baş verən qətl-intihar hadisəsi ilə bağlı yeni məhkəmə işində cavabdeh qismində çıxış ediblər, - deyə “Bloomberg” yazır. Qətlə yetirilən qadının ailəsi iddia edir ki, “ChatGPT” kişinin zehni pozuntusuna səbəb olub və onu anasına qarşı zorakılıq etməyə vadar edib.

Xeberler.az “Bloomberg”ə istinadən məlumat verir ki, bununla bağlı Kaliforniya Ali Məhkəməsində iddia qaldırılıb. İddiaçıların sözlərinə görə, 56 yaşlı Steyn-Erik Soelberq bir neçə ay ərzində “ChatGPT” ilə ünsiyyətdə olub və onda izlənildiyi, kiminsə onu öldürməyə cəhd etdiyi barədə fikir yaranıb.

İddiaçılar hesab edirlər ki, bütün bunlar onun 2025-ci ilin avqust ayında 83 yaşlı anasını öldürməsinə, daha sonra isə intihar etməsinə səbəb olub.

Şikayətdə deyilir ki, çatbot guya onun paranoyasını təsdiqləyib, cəfəng ideyalarını gücləndirib və anası da daxil olmaqla yaxınlarını “agent” və ya təhdid kimi təsvir edib. Ailənin sözlərinə görə, bu, faciənin mərkəzi amili olub.

“OpenAI” nümayəndəsi şirkətin iş üzrə materialları nəzərdən keçirəcəyini bildirib. “Microsoft” material hazırlanan zaman vəziyyətlə bağlı heç bir şərh verməyib.

Qeyd edək ki, “OpenAI” daha əvvəl də “ChatGPT”nin yeniyetmələri intihara təhrik etməkdə iştirakına dair məhkəmə iddiaları ilə üzləşib.

İddiaçılar bildirirlər ki, guya Soelberq tərəfindən istifadə edilən “GPT-4o” modeli ağır ruhi xəstəlik əlamətlərini tanımayıb və söhbətə davam edib. Şirkət vurğulayır ki, modellərinin təhlükəsizliyini artırır və ruhi sağlamlıq mövzularına cavabları təkmilləşdirir.

İddiada “OpenAI”in baş direktoru Sem Altmanın adı xüsusi olaraq çəkilir. Bundan əlavə, iddiaçılar hesab edirlər ki, “Microsoft” “GPT-4o”nun tətbiqindən “birbaşa fayda” əldə edib və potensial olaraq təhlükəli modelin istifadəsinə görə məsuliyyət daşıyır.

İddiaya, həmçinin kompensasiya və “OpenAI”dan əlavə təhlükəsizlik tədbirlərinin tətbiqini tələb edən məhkəmə qərarı daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“OpenAI” İlon Maska qarşı əks-iddia qaldırıb

10-04-2025

“OpenAI” "Chrome"u almaq niyyətindədir

23-04-2025

"ChatGPT"nin işində nasazlıq yaranıb

03-12-2025

“OpenAI” ChatGPT-də valideyn nəzarəti sistemi tətbiq edəcək

03-09-2025

“Amazon” ChatGPT-yə sərmayə yatıracaq

30-01-2026

"ChatGPT"nin işində problem yaranıb

20-04-2026

OpenAI GPT-5.2 modelini təqdim edib

12-12-2025

ChatGPT-də olan söhbətlər dəlil kimi istifadə oluna bilər

30-07-2025

“OpenAI” NATO ilə yeni müqavilə imzalayacaq

04-03-2026

"OpenAI" "Chat.com" domenini alıb

07-11-2024

OpenAI bir neçə modeli birləşdirərək GPT-5-i təqdim edəcək

09-07-2025

ChatGPT-nin aktiv istifadəçi sayı 700 milyonu ötüb

06-08-2025

“OpenAI” yeni bir alət yaradacaq

28-10-2025

Sem Altman: OpenAI şəxsi məlumatları qorumur

28-07-2025

OpenAI GPT-5 modelini istifadəyə verəcək

26-07-2025

"ChatGPT Images" təsvir yaratma modeli təqdim edilib

17-12-2025

Qazaxıstanda müəllimlər "ChatGPT Edu"dan pulsuz istifadə edəcəklər

10-11-2025

OpenAI Cənubi Koreyada ofis açacaq

27-05-2025

OpenAI beş il ərzində 1 trilyon dollarlıq dəyərə çatmağı hədəfləyir

15-10-2025

ChatGPT-də “Öyrənmə Rejimi” funksiyası istifadəyə verilib

30-07-2025

ChatGPT-yə təşəkkür etmək elektrik enerjisi israfına səbəb olur

21-04-2025

“OpenAI” idarə heyəti şirkətin İlon Maska satışını rədd edib

15-02-2025

“OpenAI” “Statsig” startapını satın alır

04-09-2025

"Amazon" və "OpenAI" 38 milyard dollarlıq müqavilə imzalayıb

04-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə