Dünyanın ən çox istifadə edilən sosial şəbəkələrindən olmaqla yanaşı, Facebook həm də istifadəçilərin ən çox vaxtlarını keçirdiyi platformadır. Facebook son zamanlarda istifadəçiləri arasında artan intihar hadisələrini azaltmağın yeni yollarını axtarır.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Facebook istifadəçilərinin intihar etməsinin qarşısını almaq üçün yeni xidmətini istifadəyə verib.
Araşdırmalar nəticəsində məlum olub ki, bu istifadəçilərin yaşadıqları böhranlardan və paylaşımlardan, bəyənmə sayında və digər məsələlərdə özünü göstərir. Facebook-un tədqiqat qrupu "intiharın qarşısını almaq" adlı xidməti istifadəyə təqdim etdiyini bildirib.
Hazırda sınaq mərhələsində olan "intiharın qarşısını almaq" xidməti intihar hadisələrinin yüksək olduğu ölkələrdən birində- Avstraliyada sınaqdan keçirilir. Facebook edilən intihar hadisələrinin çoxunda intihar edən istifadəçilərin əvvəldən Facebook-a qeyd buraxdığını müəyyənləşdirib. Facebook səlahiyyətliləri bu hərəkətin yanlış olduğunu bildirərək, istifadəçiləri niyyətlərindən daşındırmağı sınayacaq. Bu sistem istifadəçilərin Facebook dostları vasitəsilə reallaşacaq.
Facebook-da dost siyahınızda olan birinin intihara cəhd edəcəyini düşünürsünüzsə Facebook-un yeni xidməti vasitəsilə həmin profili xidmətə daxil edərək Facebook-un həmin istifadəçini nəzarətdə saxlamasını təmin edə biləcəksiniz.
Facebook əldə edilən məlumatlardan sonra bu istifadəçiyə intiharın səhv addım olduğunu izah edən və bu niyyətindən imtina etməsinin səbəblərini açıqlayan bir neçə məktub göndərəcək.
Eyni zamanda bu xidmət, həmin istifadəçinin psixloji dəstək alması üçün yerli təşkilatları da məlumatlandıracaq.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri