Xeberler.az –a daxil olan məlumata görə , Delta Telecom şirkəti mobil rabitə xidmətləri göstərməyə hazırlaşır.
Delta Telecom telekommunikasiya operatoru ən müasir 4G texnologiyası əsasında xidmət göstərməyi nəzərdə tutub. Şirkət mobil infrastrukturu uzun müddətdən bəri əməkdaşlıq etdiyi Alcatel-Lucent, Ericson və digər istehsalçı şirkətlərlə birlikdə 2.4 GHZ tezlik diapozonunda quracaq.
Qeyd edək ki, bütün ölkə ərazisini əhatə edən 4G şəbəkənin yaxın müddətdə başa çatdırılması nəzərdə tutulur.
Bütün ölkə ərazisini əhatə edən fiber optik şəbəkəyə malik olan Delta Telecom şirkəti eyni zamanda Telecom-İnvest şirkəti ilə əməkdaşlıq edəcək.
Xeberler.az Delta Telecom şirkətinin mobil xidmətlə bağlı RYTN-dən lisenziya əldə etməsi məsələsini dəqiqləşdirə bilməyib.
Delta Telecom şirkəti məsələ ilə bağlı yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat verəcəyini bildirib.
Delta Telecom 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında xidmət göstərir. Şirkət regionda birinci WiMAX texnologiyası layinəsini həyata keçirib.
Delta Telecom Qafqazın ən böyük telekommunikasiya operatorudur. Azərbaycanın Milli İnternet operatoru statusuna malik olan, Backbone provayder olan Delta Telecom ölkənin 90 faiz internet tarfikinə sahibdir.
Xeberler.az mövzunu diqqətdə saxlayacaq.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət