Previous Next
Bağla

Süni intellekt intiharların qarşısını alacaq

02-11-2017 11:35
Süni intellekt intiharların qarşısını alacaq

Süni intellektin köməyilə beyinin vizuallaşdırılması və məlumatların emalı bir çox intihar hadisələrinin qarşısını almağa imkan verəcək.

Hər il 800 minə yaxın insan öz həyatına son qoyur və bu, əksər hallarda intihar edənlərin doğmaları və tanışları üçün gözlənilməz olur.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, tədqiqatçılar insanın intihar etməyə hazırlığı haqqında onun beyninin “danışa” biləcəyini güman ediblər.

Onlar intihara meyilli olan, bəziləri daha əvvəl intihara cəhd etmiş və intihara meyilli olmayan 34 könüllünü dəvət ediblər.

İştirakçıların beyni maqnit-rezonans tomoqrafiyanın köməyilə skan edilən zaman onlara intiharla bağlı 10 söz, (“cansızlıq”, “ümidsizlik” və s.) müsbət mənalı 10 söz (məsələn, “qayğısızlıq”) və mənfi mənalı 10 söz (“problemlər” və s.) təqdim edilib.

Məlumata görə,  “ölüm”, “qəddarlıq”, “problem”, “qayğısızlıq”, “yaxşı” və “tərif” sözlərində potensial intihar edənlərin beyninin reaksiyası digər qrupun reaksiyasından fərqlənib.

Maşın təlimindən istifadə edən alqoritm bu məlumatlara əsaslanaraq, mümkün intihar edənləri 91 faiz dəqiqliklə müəyyən edə bilib.

Alimlərin fikrincə, daha çox könüllünün tədqiqata cəlb edilməsi bu üsulun dəqiqliyini daha yaxşı qiymətləndirməyə imkan verəcək. Onlar yeni metodun intihara meyilliliyi vaxtında aşkar etməsinin intiharların qarşısını alacağına inanırlar.

Digər ekspertlər isə bu üsula optimist yanaşmırlar. Onlar metodun böyük vəsait tələb etməsinin onu yalnız bəzi hallarda əlçatan edəcəyini bildiriblər.

Bundan başqa, hələ ki, beyinin reaksiyasının aşkar edilmiş xüsusiyyətlərinin insanın psixikasında baş verənlərə nə dərəcədə uyğun olduğunu yəqin etmək olmaz.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Facebook intiharların qarşısını alacaq

Facebook intiharların qarşısını alacaq

07-12-2015
Facebook intiharların qarşısını ala biləcək

Facebook intiharların qarşısını ala biləcək

27-02-2015
“France Telecom” kütləvi intihar dalğası ilə sarsılıb

“France Telecom” kütləvi intihar dalğası ilə sarsılıb

25-09-2009
Süni intellekt intihar riskini müəyyənləşdirməyə kömək edir

Süni intellekt intihar riskini müəyyənləşdirməyə kömək edir

04-01-2025
Mavi balina oyununun daha bir qurucusu saxlanıldı

Mavi balina oyununun daha bir qurucusu saxlanıldı

21-06-2018
“ChatGPT” qətl və sonrakı intiharda iştirakda ittiham edilir

“ChatGPT” qətl və sonrakı intiharda iştirakda ittiham edilir

12-12-2025
Beyinin fəaliyyətini yaxşılaşdıran qurğu

Beyinin fəaliyyətini yaxşılaşdıran qurğu

25-10-2017
Robot intihar edib

Robot intihar edib

11-11-2016
Tarixdə ilk-İnsan beyni birbaşa İnternetə qoşulub

Tarixdə ilk-İnsan beyni birbaşa İnternetə qoşulub

15-09-2017
Depressiyanı müəyyən edən mobil proqram hazırlanıb

Depressiyanı müəyyən edən mobil proqram hazırlanıb

16-07-2019
Fransız ailələri “TikTok”u məhkəməyə verir

Fransız ailələri “TikTok”u məhkəməyə verir

04-11-2024
Xəstəliyi foto ilə tanımaq mümkün olacaq

Xəstəliyi foto ilə tanımaq mümkün olacaq

22-11-2017
Süni intellekt insanın xarakterini müəyyən edəcək

Süni intellekt insanın xarakterini müəyyən edəcək

10-05-2018
Apple  işçilərinin intihar səbəbi nədir?

Apple işçilərinin intihar səbəbi nədir?

21-07-2010
Süni intellekt insanın nə qədər yaşayacağı barədə proqnoz verəcək

Süni intellekt insanın nə qədər yaşayacağı barədə proqnoz verəcək

06-06-2017
Fransada 15 milyon insanın şəxsi məlumatları sızdırılıb

Fransada 15 milyon insanın şəxsi məlumatları sızdırılıb

27-02-2026
Kompüter alqoritmi DNK-ya görə insanın boyunu proqnozlaşdırır

Kompüter alqoritmi DNK-ya görə insanın boyunu proqnozlaşdırır

10-10-2018
Bu texnologiya itmiş insanları tapacaq

Bu texnologiya itmiş insanları tapacaq

20-06-2017
Baş-beyində digər insanları qiymətləndirən sistem aşkarlanıb

Baş-beyində digər insanları qiymətləndirən sistem aşkarlanıb

25-11-2015
Kaliforniyada çat-botların risklərindən uşaqları qoruyan qanun imzalanıb

Kaliforniyada çat-botların risklərindən uşaqları qoruyan qanun imzalanıb

14-10-2025
3D formatlı filmə baxmaq beynin işini yaxşılaşdırır

3D formatlı filmə baxmaq beynin işini yaxşılaşdırır

04-11-2015
Azərbaycanlı xanım YouTube-un baş ofisində intihar edib

Azərbaycanlı xanım YouTube-un baş ofisində intihar edib

04-04-2018
Növbəti 5 il ərzində həyatımıza daxil olacaq  texnologiyalar

Növbəti 5 il ərzində həyatımıza daxil olacaq texnologiyalar

18-01-2017
Epilepsiya xəstəsi ilk dəfə robotla əməliyyat olunub

Epilepsiya xəstəsi ilk dəfə robotla əməliyyat olunub

04-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə