Previous Next
Bağla

“Onlayn Media 2014” Müsabiqəsinin qalibləri açıqlandı

29-11-2014 10:26
“Onlayn Media 2014” Müsabiqəsinin qalibləri açıqlandı

Multimedia Mərkəzinin təşkil etdiyi ənənəvi “Onlayn Media 2014” Müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Müsabiqənin nəticələri açıqlanıb.

Multimedia Mərkəzinin direktoru, AİF prezidenti Osman Gündüz Təqdimat mərasimini açaraq Layihə haqqında, Onlayn Media Müsabiqəsi və keçirilən Təlimlər haqqında geniş təqdimatla çıxış edib. O müsabiqənin  15 sentyabrdan 15 noyabr tarixədək  davam etdiyini bildirib. Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən  yazan 22  jurnalist və  bloqçu, 30 mikrobloqçu  iştirak edib. Müsabiqəyə 22 yazı təqdim edilib.

Müsabiqəyə qəbul edilən yazıların linkləri telim.org resursunda yerləşdirilib.

Osman Gündüz müsabiqədə  mikrobloqşuların da iştirak etdiyini bildirib. 30 mikrobloqçunun qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə Twitterdə elektron hökumət quruculuğu ilə bağlı , e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı  4000-dən çox  tvit yazıblar.

Məqalələri və tvitləri 10 ballıq sistemlə media və IT sahəsində ekspertlərdən ibarət Münsiflər qiymətləndiriblər.  Münsiflərin verdiyi ballar əsasında qaliblər müəyyən olunub.

Təqdimat mərasimində Layihənin rəsmi dəstəkçisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  əməkdaşı Kamal Məmmədov çıxış edərək ölkədə İnformasiya Cəmiyyətinin qurulması istiqamətində adı çəkilən Layihənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

O,  ölkədə elektron hökumət quruculuğu və İKT-dən effektiv istifadə istiqamətində bu kimi tədbirlərə gələcəkdə də dəstək veriləcəyini vurğulayıb.

Mətbuat Şurasının Sədri Əflatun Amaşov çıxış edərək artıq ölkədə Yeni medianın bir infrastruktur kimi formalaşdığını diqqətə çatdırıb və bu sahədə uzun müddətdən bəri davam edən Onlayn MEDİA Layihəsinin mühüm rolunun olduğunu qedy edib. Ö ölkədə onlayn medianın inkişafının kifayət qədər dinamik olduğunu və yaxın günlərdə bununla bağlı beynəlxalq konfransın keçiriləcəyini də diqqətə çatdırıb.

Artıq 2-ci il Layihəyə dəstək verən Nar Mobile şirkətinin ictimai əlaqələr bölməsinin rəhbəri Nigar Arpadarai təmsil etdiyi şirkətin informasiya cəmiyyəti quruculuğunda maraqlı olduğunu diqqətə çəkərək layihənin kifayət qədər uğurlu olduğunu bildirib. O gələcəkdə də şirkətin bu istiqamətdəki təşəbbüsləri dəstəkləyəcəyini bildirib.

Sonra qaliblərin adları açıqlanıb.

Yazı müsabiqəsində 1-ci yeri Xalid Vahidoğlu  ( Üç noqtə), 2-ci yerləri Kamran Ədalətoğlu  (xeberler.az) və Fərəh Sabirqızı (bakupost.az), 3-cü yerləri Mirvari Nəzərova (gsr.az), Zulfiyyə Quliyeva (azvision.az) və Günay Musayeva (musavat.com) qazanıblar.

Yazılar üzrə həvəsləndirici yerləri Elçin Bayramlı ( Fins.az ) , Atif Eyvazov(Sabahinfo.az ), Günel Azadə (Xeberler.az), Fərman Nəbiyev (”Mingəçevir işıqları” qəzeti ) ,

Nərmin Elçinqızı (nerminelcin.wordpress.com ), Aytəkin Nəsirova(tezxeber.com), Fatimə İbrahimova (Olke.az) , Fərrux İlhamoğlu(Xeberler.az) qazanıblar.

Layihə çərçivəsində Sosial mediadan effektiv istifadə istiqaməti üzrə də müsabiqə keçirilib.

# ehokumət həçtəqi üzrə sosial mediada keçirilən yarışmada  1-ci yeri Sevil Rəsulzadə, 2-ci yeri Nüsrət Zeynalov  və 3-cü yeri Ramin İlyasov qazanıb.

#etehsil həştəqi üzrə sosial mediada keçirilən yarışmada qalib Elmin Bayramlı olub.
Bu istiqamət üzrə də həvəsləndirici mükafatlar verilib.

Bütün qaliblərə və fərqlənənlərə   qiymətli hədiyyələr və diplomlar təqdim edilib.

Layihə çərçivəsində eyni zamanda jurnalistlərin professional hazırlığına kömək məqsədilə bir həftəlik Təlimlər keçirilib.

Təlimləri 25 nəfər jurnalist uğurla başa vurub. Təlimləri yeni media və İT sahəsində tanınmış mütəxəssislər və ekspertlər Şaiq Muradov, Seymur Kazımov, Azər Nəzərov və Ələsgər Məmmədli, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ulduz  Xəlilova , XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov  və Elektron Hökumət Portalının əməkdaşı Qədir Rəhimov  və İT ekspert Rəcəb Davudov  aparıblar.

Bu gün keçirilən Təqdimat mərasimində Təlimləri uğurla başa vuranlara Sertifikatlar da verilib.

Qaliblərin mükafatlandırılması mərasimində, hədiyyələrin və diplomların təqdim edilməsində RYTN –nin əməkdaşı Kamal Məmmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və Azər Həsrət, Nar Mobile-in rəsmi nümayəndəsi Nigar Arpadarai, VXSİ Dövlət Agentliyinin nümayəndəsi,  Media ekspertlər Ələsgər Məmmədli,  Seymur Kazımov, Azər Nəzərov, İT ekspert Rəşad Əliyev, JUHİ rəhbəri Müşviq Ələsgərli, Yeni Media İctimai birliyinin rəhbəri Xaqani Səfəroğlu,   AMEA İT  İnstitutunun şöbə müdiri Rasim Mahmudov, Khazar Ventures və NETTRENDS şirkətlərinin rəhbərləri Məmməd Kərimov və Elşad Yusifli və digərləri iştirak edib və çıxış ediblər.

Layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

Layihəni RYTN ,  Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə  Multimedia Mərkəzi həyata keçirilib. GoldenPay şirkəti də layihənin dəstəklənməsində iştirak edib.

Layihə çərçivəsində təşkil olunan Təlimlər AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq şəraitində keçirilib.

Təqdimat mərasimindən hazırlanan fotolar : https://www.facebook.com/media/set/?set=a.885337971506335.1073741835.445789375461199&type=1

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Onlayn Media” Müsabiqəsinin təqdimat mərasimi keçirilib

11-12-2013

Jurnalistlər üçün keçirilən təlimlər başa çatdı

28-10-2013

‎Elektron hökumət və media Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

06-03-2013

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

29-02-2012

“Onlayn Media 2014” müsabiqəsinin münsiflər heyətinin toplantısı keçirilib

25-11-2014

“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlər üçün Təlimlər keçirilir.

24-10-2013

"Onlayn Media" müsabiqəsinin qalibləri artıq məlumdur

09-12-2013

“Onlayn Media” Müsabiqəsinə yazıların və tvitlərin qəbulu başa çatıb.

02-12-2013

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib

19-02-2009

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlər üçün keçirilən Treninqlər başa çatıb

29-12-2011

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

10-09-2013

Onlayn Media Müsabiqəsinə yazıların təqdim olunmasına başlandı

16-09-2013

Multimedia Mərkəzi müsabiqəyə start verdi

20-10-2014

Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Təlimlərə start verilir

17-10-2013

“Jurnalistlerin İKT bacarıqlarına dəstək ” Layihəsinin yekunlarına həsr olunan Tədbir keçirildi

28-01-2009

“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan mərasim keçiriləcək

27-05-2010

“Onlayn Media 2014” layihəsinin təlimlərinə start verilir

22-10-2014

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib

04-02-2014

"Onlayn media" yazı Müsabiqəsi davam edir.

28-10-2013

İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı Təlimlər başa çatıb

06-05-2013

Jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan “Onlayn Media” müsabiqəsi davam edir

11-10-2013

“İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin Qaliblərinin təqdimat mərasimi keçiriləcək

27-02-2012

Elektron hökumət quruculuğu mövzusunda yazan Jurnalistlər üçün Treniqlər təşkil olunur

19-11-2012

“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi yekunlaşmaq üzrədir

11-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə