Previous Next
Bağla

“Rabitəbank” 29-cu ilini qeyd edir

30-06-2022 15:45
“Rabitəbank” 29-cu ilini qeyd edir

Ölkənin aparıcı banklarından olan “Rabitəbank” ASC, bu il 29-cu ilini qeyd edir.

Xeberler.az məlumat verir ki, bank 1993-cü il, 30 iyunda təsis edilmiş və fəaliyyətinin ilk vaxtlarından bugünədək innovativ bankçılıq həlləri ilə müştərilərin rəğbətini qazana bilmişdir.

Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin davamlı inkişafı, göstərilən xidmətləri genişləndirmək, ənənəvi bank xidmətlərini rəqəmsala daşımaq və şərtlərini asanlaşdırmaqdır. Bu, həm Bankın sloqanında – “Rahat bankçılıq”, həm də fəaliyyətində və xidmətlərində öz əksini tapır.

Hazırda “Rabitəbank” müştərilərə müxtəlif növ bank xidmətləri (hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri, İnternet texnologiyaları əsasında distant bank xidmətləri və s.) göstərir. Hal-hazırki dövrdə bankın aktivləri 1 milyard manat, kredit portfeli isə 600 milyon manata yaxınlaşmışdır. Qeyd etmək istəyirik ki, Rabitəbank-ın flaqman məhsulu olan “Rabita Mobile”, 700-ə yaxın ödəniş növü ilə ölkənin ən böyük ödəniş platformalarından biridir.

 “Rabitəbank” müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsidir. Bank sahibkarlığın kreditləşdirilməsi və ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarında da aktiv iştirak edir və bu istiqamətdə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edir. Beynəlxalq qurumlarla əlaqələrini daima genişləndirən Rabitəbank, yaxın keçmişdə “İslam İnkişaf Korporasiyası”, “Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V” fondu və “Qara Dəniz Ticarət və İnkişaf Bankı” ilə uğurlu əməkdaşlıqların bünövrəsini qurmuşdur. “Rabitəbank” Kiçik və Orta Sahibkarlıq seqmentində fəaliyyət göstərən iş adamlarına davamlı maliyyə dəstəyi həyata keçirir. Bunlara kiçik və orta biznes nümayəndələri arasında təchizat zəncirinin maliyyələşdirilməsi, ticarətin maliyyələşdirilməsi, invoysların və sifarişlərin maliyyələşdirilməsi, kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi üçün biznes krediti məhsulları daxildir.

Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim öndə olan “Rabitəbank”, 29 illik fəaliyyət dövründə rəqəmsal həllər vasitəsiylə bank xidmətlərinə əlçatanlığı artırmaq və müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində mühüm dəyişiklər həyata keçirib. Bank yenilənmiş İnternet Bankçılığı, “Apple Pay” və “NFC” ödənişlərin mümkünlüyü, “Rəqəmsal Kreditləşmə” və bir sıra funksionallıqları ilə daha da təkmilləşdirilmiş Mobil Bankçılığı ilə müştərilərinə rahat və distant bankçılıq xidmətləri göstərməkdədir.

Rabitəbank fəaliyyətinin 29-cu ildönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

03-12-2025
"Rabita Mobile ilə ödə və hədiyyələr qazan" lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi

"Rabita Mobile ilə ödə və hədiyyələr qazan" lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi

21-12-2023
Daha bir bank elektron arayışa keçdi

Daha bir bank elektron arayışa keçdi

25-04-2015
Azərbaycanın daha bir bankı e-imza xidmətini aktivləşdirəcək

Azərbaycanın daha bir bankı e-imza xidmətini aktivləşdirəcək

21-04-2021
Kreditlər elektron arayışla veriləcək

Kreditlər elektron arayışla veriləcək

29-12-2014
Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

01-03-2019
«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

06-10-2009
Yelo Bank-dan illik cəmi 5 faizlik kreditlə biznes dəstəyi

Yelo Bank-dan illik cəmi 5 faizlik kreditlə biznes dəstəyi

26-08-2022
ABB “Neftçilər”də yeni filial açıb

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025
"Rabitəbank"ın biznes müştəriləri üçün yeni tətbiqi istifadəyə verildi

"Rabitəbank"ın biznes müştəriləri üçün yeni tətbiqi istifadəyə verildi

03-10-2022
ASAN Finans-a qoşulan 4 bank məlum oldu

ASAN Finans-a qoşulan 4 bank məlum oldu

22-02-2019
ABB-nin Saatlı filialı yenilənmiş binada  xidmətə başlayıb

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025
İnternet bankçılıq xidmətilə aparılan müştəri köçürmələrinin həcmi artıb

İnternet bankçılıq xidmətilə aparılan müştəri köçürmələrinin həcmi artıb

12-03-2026
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025
 Yelo Bank-dan “ABAD”çılara dəstək krediti

Yelo Bank-dan “ABAD”çılara dəstək krediti

19-07-2022
Azərbaycanda elektron arayışın istifadəsinə başlanıb

Azərbaycanda elektron arayışın istifadəsinə başlanıb

01-04-2015
Ölkədə internet bankçılıq xidməti ilə bağlı vəziyyət necədir?

Ölkədə internet bankçılıq xidməti ilə bağlı vəziyyət necədir?

09-12-2015
Mobil bankçılıq xidməti vasitəsilə müştəri köçürmələrinin həcmi artıb

Mobil bankçılıq xidməti vasitəsilə müştəri köçürmələrinin həcmi artıb

10-03-2025
Golden Pay şirkətində yeni təyinatlar

Golden Pay şirkətində yeni təyinatlar

08-02-2023
"Findoc" portalının istifadəçilərinin sayı 150 mini keçib

"Findoc" portalının istifadəçilərinin sayı 150 mini keçib

21-10-2025
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

26-05-2026
ABB-nin Daşkəsən filialı da yeniləndi!

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025
Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq  platformasında hesabla

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024
ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə