Previous Next
Bağla

Rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb

05-01-2021 18:37
Rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb

Ölkəmizdə əhalinin, o cümlədən xanımların rəqəmli bacarıqlarının artırılması və informasiya-kommunikasiya texnologiyalarından istifadəsi üzrə biliklərinin inkişafı məqsədilə onlayn tədris portalı yaradılıb.

Xeberler.az bildirir ki, “iktlab.edu.az” onlayn tədris portalı İKT və rəqəmli bacarıqlar üzrə video dərslərdən ibarət ödənişsiz onlayn təlimləri təqdim edir. Portala ana dilimizdə hazırlanmış İKT və rəqəmli texnologiyalar üzrə müxtəlif mövzulara həsr edilən təlimlər yerləşdirilib. Bu kurslar sayəsində istifadəçilər interaktiv formada onlayn təlimlərdə iştirak edəcəklər. Hazırda portalda rəqəmli bacarıqların əsasları, internet texnologiyalarından istifadə və digər bu kimi kurslar üçün video məlumatlar mövcuddur. Yaxın gələcəkdə rəqəmsal marketinq və proqramlaşdırma kursları ilə bağlı materiallar da portala yerləşdiriləcək.

Tədris portalının yaradılmasının məqsədi ölkəmizin hər bir nöqtəsində əhalinin, xüsusilə xanımların ödənişsiz əsaslarla bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir. Təlimləri uğurla başa vuran şəxslər portal üzərindən dərhal sertifikatlarını əldə edə bilərlər.

Onlayn layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi, eləcə də “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Portal “Qadınlar üçün multimedia onlayn kurs və veb-portalın inkişafı” adlı layihə çərçivəsində hazırlanıb.

Bu layihə Ümumdünya Telekommunikasiya İnkişaf Konfransının Regional Təşəbbüslər Çərçivəsi üzrə regional layihələrin reallaşdırılması qərarına əsasən icra olunur.

Qeyd edək ki, https://iktlab.edu.az/ portalında yerləşdirilən təlimlərə qatılmaq üçün qeydiyyatdan keçməyiniz yetərlidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020

Nazir Ramin Quluzadə ikitərəfli görüşlər keçirib

04-12-2019

“Rəqəmli Qızlar – Milli Təlim Proqramı”na qeydiyyat başlayıb

04-06-2020

Qadınlar üçün ödənişsiz “İT əsasları” təlimləri keçiriləcək

07-01-2022

Regionlarda ödənişsiz İT təlimləri keçiriləcək

12-01-2022

Regionlarda informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına start verilir

07-09-2021

Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

19-12-2019

İKT ilə bağlı böyük sosial layihə başladı

22-09-2017

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

23-07-2020

Qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək

09-07-2019

Peşəkar video mütəxəssisləri və blogerlər hazırlanacaq

13-09-2018

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda Təlimlər başlayıb

10-04-2012

Kriptovalyutalar üzrə kurslar təklif edilir

31-08-2015

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

16-12-2020

İKT üzrə təlimlər keçirilib

02-10-2018

İKT təlimlər başlayıb

26-10-2017

“Kiberakademiya” tədris proqramı hazırlanıb

03-03-2020

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015

İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı Təlimlər başa çatıb

06-05-2013

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

07-04-2020

Azərbaycanda rəqəmsal gələcək üçün rəqəmsal bacarıqlar inkişaf etdirilməlidir

21-06-2021

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə