Previous Next
Bağla

“Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın sürətli inkişafına şərait yaradır”

23-06-2023 14:39
“Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın sürətli inkişafına şərait yaradır”

Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın daha sürətli inkişafına münbit şərait yaradır.

Xeberler.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Elm və Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT-Akademiya” təhsil layihəsi üzrə keçirilən “İkinci dalğa” adlı məzun günündə bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda cərəyan edən trendləri izləyən Azərbaycan da cəmiyyətin yüksək rəqəmsal bacarıqlara sahib olmasını və innovativ iqtisadiyyatın formalaşdırılmasını hədəfləyir.

“İT – Akademiya”nın müasir əmək bazarının tələblərinə cavab verən insan resurslarının formalaşdırılmasına dəstək verdiyini bildirən nazirin birinci müavini bunun məzunların karyerasına, eləcə də ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə olacağını qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin nəzdində fəaliyyət göstərən “İT – Akademiya”da təhsil almış tələbələrin məzun günündə çıxışı zamanı bildirib ki, “İT – Akademiya”nın fəaliyyəti ölkənin informasiya texnologiyaları bazarının inkişafına töhfədir: “İnnovasiya və yeni texnologiyaların geniş tətbiqi təhsil sisteminin təkmilləşdirilməsinə zəmin yaradır. Bu tipli layihələr ortayaşlı insanların əmək bazarında rəqabətədavamlı olması və öz peşəsini dəyişmək istiqamətində geniş imkanlar qazanması baxımından böyük rola malikdir”.

“Alqoritmika”nın baş direktoru Andrey Lobanov öz növbəsində müasir inkişaf tələbləri fonunda İT sahəsinin əhəmiyyəti barədə fikirlərini bildirib, rəhbəri olduğu qurum tərəfindən tətbiq olunan tədris metodları barədə məlumat verib.

Daha sonra Elm və Təhsil, İqtisadiyyat nazirliklərinin birgə dəstəyi ilə yaradılan “İT – Akademiya”nın fəaliyyəti və tədris prosesi barədə təqdimat nümayiş olunub.

Tədbir çərçivəsində “İT – Akademiya”da tədris müddətində uğurlu nəticə göstərən 11 məzun sertifikatla təltif olunub, İT sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri ilə görüşlər keçirilib.

Qeyd edək ki, “İT-Akademiya” təhsil layihəsi üzrə keçirilən məzun günündə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru Andrey Lobanov, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, aidiyyəti dövlət qurumları və şirkətlərin nümayəndələri iştirak ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda “İT-Akademiya” fəaliyyətə başlayır

21-06-2022

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

Nazir: “Yüksək ixtisaslı kadrların olması Azərbaycanın rəqəmsallaşma prosesinə mühüm töhfələr verir”

23-06-2023

Rəqəmsal bacarıqlar tələb olunan işlər üzrə yeni təkliflər hazırlanır

12-12-2025

3000 İT mütəxəssis hazırlanacaq

12-09-2022

Nazir Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

25-11-2025

“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə başlanılıb

19-11-2025

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023

Nazir: "İT təhsilli məzun sayı əmək bazarının tələbinə tam cavab vermir"

14-05-2026

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

30-04-2021

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023

“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

04-03-2024

Elm və təhsil naziri Qaxda rəqəmsal dərslərin gedişatını izləyib

26-05-2026

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025

Nazir: “Elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub”

03-11-2025

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023

IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə Memorandum imzalanıb

28-04-2026

AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib

14-05-2026

Nazir müavini: “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hökumətə təqdim olunub”

08-10-2024

Rəşad Həsənov: "AZSET" strateji addımlardan biridir

14-05-2026

İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair konfrans keçirilib

25-02-2025

“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

29-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə