Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu ölkədə rəqəmsal transformasiya proseslərinin elmi əsaslarla dəstəklənməsini, kibertəhlükəsizlik sahəsində dayanıqlı infrastrukturun formalaşdırılmasını və innovativ yanaşmaların tətbiqini prioritet istiqamətlər kimi müəyyən edib.
Xeberler.az məlumat verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bildirib. Alimin sözlərinə görə, institut Dövlət proqramlarının icrasında fəal iştirak etməklə yanaşı, rəqəmsal ekosistemin inkişafına elmi-analitik töhfələr verir. Süni intellekt texnologiyalarının tətbiq sahələrinin genişləndirilməsi və rəqəmsal suverenliyin möhkəmləndirilməsi müasir dövrün əsas çağırışlarındandır. Bu istiqamətdə görülən sistemli və elmi əsaslı tədbirlər ölkələrin rəqəmsal dayanıqlığının təmin olunmasında həlledici rol oynayır.
Akademik əlavə edib ki, bu istiqamətdə həyata keçirilən tədqiqatlar həm dövlət idarəçiliyində səmərəliliyin artırılmasına, həm də iqtisadiyyatın rəqəmsal əsaslar üzərində inkişafına xidmət edir. Eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsi və elmi əməkdaşlıqların genişləndirilməsi institutun fəaliyyətində mühüm yer tutur. İnstitutun əsas hədəflərindən biri də əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması və bu məqsədlə təhsil və elmi fəaliyyətin inteqrasiyasının gücləndirilməsidir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları