Previous Next
Bağla

“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verilib

26-11-2025 10:19
“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verilib

SİMA yeni nəsil rəqəmsal imzanın yeni QR paylaşım funksiyası istifadəyə verilib. Bu funksionallıq sayəsində artıq heç bir əlavə risk olmadan QR link vasitəsilə öz imza səlahiyyətini tək istifadəlik olaraq digər şəxsə (mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün olub.

Xeberler.az bildirir ki, yeni həll sənəd dövriyyəsində vaxt itkisini minimuma endirmək və prosesləri daha çevik idarə etmək məqsədi daşıyır. Funksionallığın tətbiq ardıcıllığı aşağıdakı kimidir:

1. İmza sahibinin adından hər hansı elektron portalda imzalama və identifikasiya əməliyyatı edən şəxs müvafiq QR kodu SİMA İmza tətbiqi vasitəsilə skan edir.
2. QR kod “SİMA İmza” tətbiqi ilə oxunduqdan sonra unikal imzalama linki yaradılır.
3. Link istənilən kommunikasiya kanalı vasitəsilə imza sahibinə göndərilir.
4. İmza sahibi linkə klik edərək təsdiqlədikdə avtomatik olaraq öz “SİMA İmza” tətbiqinə yönləndirilir.
5. İmza sahibi sənədi 6 rəqəmli PİN, barmaq izi və ya “Face ID” vasitəsilə təsdiqləyərək imzalama prosesini tamamlayır.
6. Uğurlu imzadan sonra sənəd sistemdə imzalanmış kimi qeyd olunur və proses yekunlaşır.

Yeni funksionallıq öz imza səlahiyyətini başqasına ötürmək istəyən şəxslərə bu prosesi nəzarəti altında həyata keçirmək üçün unikal imkan yaradır. Xüsusilə də müəssisə rəhbərləri öz imza hüququnu şirkətin digər məsul əməkdaşına risk daşımadan ötürmək imkanı əldə edirlər. Belə ki, QR kod vasitəsilə paylaşım imza sahibinin şəxsi autentifikasiyasına əsaslandığı üçün burada imza sahibi təhlükəsizlik məlumatlarını qarşı tərəflə paylaşmadan prosesə qoşulur və gedişata tam şəkildə nəzarət edə bilir – o, “SİMA İmza” ilə hansı sistemə giriş edildiyini və hansı sənədin imzalandığını birbaşa özü görür və təsdiqləyir.

Hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən 6AYPULSUZ promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getmədən, olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçmək kifayətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza” ilə daha 30-dək elektron vergi xidməti əlçatan olub

18-11-2025

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026

“SİMA İmza” və “Baku Electronics”dən yenilik

27-02-2026

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

“SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib

29-04-2024

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

“Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!

16-07-2025

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

Əcnəbilər SİMA rəqəmsal imza sahibi ola biləcək

14-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə