Previous Next
Bağla

“Telegram” Fransa bazarını tərk edə bilər

25-04-2025 09:23
“Telegram” Fransa bazarını tərk edə bilər

“Telegram” Fransa bazarını tərk edə bilər. Şifrələnmış mesajlaşma xidmətinin yaradıcısı Pavel Durov bildirib ki, onun şirkəti “arxa qapı” vasitəsilə şifrələməni, eləcə də əsas insan hüquqlarını pozmaqdansa, Fransa bazarını tərk etməyi üstün tutur.

Xeberler.az məlumat verir ki, “X” (keçmiş Twitter) hesabında Durov Paris polisinin rəisi Loran Nunezin hüquq-mühafizə orqanlarına şifrəli mesajlaşma xidmətlərinin məzmununa girişin verilməsi ilə bağlı müraciətinə cavab verib. Bu tələb fəaliyyətlərini planlaşdırmaq üçün “Telegram”dan istifadə etdiyi iddia edilən “Fransız Məhbusların Hüquqlarının Müdafiəsi” (DDPF) adlı qrupun Fransada son həftə ərzində həbsxanalara edilən bir neçə koordinasiyalı hücumdan sonra gəlib.

“Telegram” artıq istifadəçilərinin IP ünvanları və telefon nömrələri kimi bəzi məlumatları səlahiyyətli şəxslərə təqdim edir. Şirkət mesajların məzmununu təqdim etməkdən imtina edir. Durov üçün hüquq-mühafizə orqanlarına şifrəli mesajlaşma xidmətlərinin məzmununa “arxa qapı”dan girişin verilməsi təhlükəsizlik cəfəngiyatı olardı. O, belə bir qüsurun xarici dövlətlər və ya kibercinayətkarlar tərəfindən istifadə oluna biləcəyindən ehtiyat edərək bildirir ki, yalnız polisə “arxa qapı”dan girişə zəmanət vermək texniki cəhətdən mümkün deyil. O, həmçinin milyonlarla vətəndaşın şəxsi həyatına ciddi müdaxilə barədə xəbərdarlıq edir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanun layihəsi kontekstində bir neçə aydır ki, Fransada şifrələnmiş mesajlara çıxış məsələsi müzakirə olunur. “Telegram”, “WhatsApp” və “Signal” kimi platformaları bu cür “arxa qapılar”ı inteqrasiya etməyə məcbur etmək məqsədi daşıyan mübahisəli düzəliş Senat tərəfindən qəbul edilsə də, Milli Assambleya tərəfindən rədd edildi. Qərar rəqəmsal azadlıq müdafiəçiləri və “Telegram” rəhbərinin özü tərəfindən müsbət qarşılanıb və o, millət vəkillərini "Fransanı dünyada öz vətəndaşlarını şəxsi həyat hüququndan məhrum edən ilk ölkə edəcək qanunu rədd etməsi" münasibətilə təbrik edib.

Durov cinayətkarlara qarşı belə bir tədbirin effektivliyinə də şübhə edir. Onun fikrincə, cinayətkarlar onlarla kiçik proqramlar vasitəsilə təhlükəsiz əlaqə saxlaya bilər və ya hətta virtual şəxsi şəbəkələrdən (VPN) istifadə edərək fəaliyyətlərini gizlədə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Pavel Durov Fransada həbsinin səhv olduğunu bildirib

25-08-2025

Pavel Durov Paris məhkəməsində dindirilib

07-12-2024

Durov: Fəxr edirəm ki, “Telegram” Fransada etirazlar üçün alətə çevrilib

10-09-2025

"Telegram"ın təsisçisi Fransada saxlanılıb

25-08-2024

KİV: Durov istintaqla əməkdaşlıqdan imtina etməkdə ittiham olunur

26-08-2024

Google Telegram-ı satın alır?

29-04-2016

Pavel Durov Paris məhkəməsində növbəti dəfə dindirilib

28-07-2025

Durov: Fransa kəşfiyyatı rumınlara senzura tətbiq edilməsini istəyib

19-05-2025

Fransa məhkəməsi Durovun həbs müddətini uzadıb

26-08-2024

“Telegram” fırıldaqçılar arasında populyar olan iki funksiyanı silib

07-09-2024

Pavel Durov Paris məhkəməsinə gətirilib

28-08-2024

Pavel Durovun Fransadan çıxışına qoyulan məhdudiyyətlər götürülüb

13-11-2025

KİV: Makron Pavel Durova "Telegram"ın ofisini Parisə köçürməyi təklif edibmiş

28-08-2024

Pavel Durov fransızlara xəbərdarlıq edib

15-10-2025

Durov messencerin moderasiyasını yaxşılaşdıracağına söz verib

18-01-2025

Pavel Durov Fransada saxlanılmasını ilk dəfə şərh edib

06-09-2024

Pavel Durov azadlığa buraxılıb

28-08-2024

“Telegram” bir çox kanalı bloklayacaq

12-08-2025

Durov "WhatsApp"ın təhlükəsiz olmadığını deyib

27-01-2026

Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

02-10-2025

Fransa məhkəməsi 5 milyon avro girov qarşılığında Pavel Durovu sərbəst buraxıb

29-08-2024

Durov: Əks-mərkəzləşdirilmiş hesablama şəbəkəsi istifadəyə verilib

01-12-2025

Roskomnadzor: “Telegram” və “WhatsApp” zənglərinə məhdudiyyət qoyulub

14-08-2025

Pavel Durova görə kiberdələduzların gəlirləri azalır

02-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə