Previous Next
Bağla

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

05-06-2026 10:27
“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.

Xeberler.az məlumat verir ki, toplantıda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının icra statusu, tədbirlərin icrası zamanı qarşıya çıxan problemlər və müvafiq həll yolları müzakirə olunub.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək Fəaliyyət Planının tam və vaxtında icrası, eyni zamanda “Qlobal İnnovasiya İndeksi”nin növbəti nəşrlərində ölkənin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə İşçi qrupun üzvləri ilə aylıq əsasda tematik görüşlərin keçirilməsinin və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya daxilində yaradılmış digər aidiyyəti işçi qrupları ilə müzakirələrin aparılmasının vacibliyini bildirib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə “Qlobal İnnovasiya İndeksi”nin növbəti buraxılışının qiymətləndirilməsi üçün Dünya Əqli Mülkiyyət Agentliyi tərəfindən məlumatların toplanılma prosesinin yekun mərhələdə olduğunu diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, “Qlobal İnnovasiya İndeksi”nə daxil olan indikatorların əhəmiyyətli hissəsinin icrasının təmin edilməsinə “Texnologiya və innovasiyalar” İşçi qrupu cavabdehdir və bu istiqamətdə onun fəaliyyəti aparıcı rola malikdir. İclasda səsləndirilən fikirlər əsasında İşçi qrup müvafiq təkliflər və qərarlar qəbul edib.

Məlumat üçün bildirək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024

“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

28-10-2024

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

20-05-2026

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

02-10-2024

“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun iclası keçirilib

18-11-2025

Fiziki infrastruktur işçi qrupu gələn ilin Fəaliyyət Planını müzakirə edib

25-12-2021

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

30-06-2025

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib

15-05-2026

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

24-09-2024

Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

18-12-2024

Dövlət Xidmətlərinin Elektron Reyestri üzrə təkmilləşmə aparılıb

17-10-2024

“Ticarət informasiya portalı” gələn ildın tam fəaliyyətə başlayacaq

27-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə